Dərman bazarında xaos!- Nələr edilməlidir? – İZAH
Yusif Nəzərli
13:41 10.02.2022
Cəmiyyət
665
Dərman bazarında vəziyyətin stabilləşdirilməsi mövzusu aktuallığını qoruyub saxlayır. Əczaçılıq bazarında qiymətlərin vahid olmaması, həddən artıq baha bazarlanması vətəndaşları narahat edir. Pandemiya başlayandan bəri dərman bazarında əməlli-başlı xaos yaranıb. Hətta bəzən bəzi preperatları tapmaq müşkül məsələyə çevrilib.
Bu istiqamətdə Azərbaycanda yerli dərman bazarının tənzimlənməsinə dair təkliflər hazırlanıb.
Səhiyyə naziri Teymur Musayev bu gün keçirdiyi brifinqdə məsələ haqda məlumat verib. Onun sözlərinə görə, göstərilən səhiyyə xidmətlərinin əsas keyfiyyət indikatorlarından biri uyğun qiymətə effektiv dərman vasitələrinin mövcudluğudur: “Farmaseptik məhsulların yerli istehsalı dərman vasitələrinə əlçatanlığı artırmaqla yanaşı, elmi, texnoloji bacarıqları formalaşdırır və səhiyyə sistemini xarici təsirlərə qarşı daha davamlı edir. Nazirlər Kabinetinin müvafiq qərarı ilə yaradılan “Əczaçılıq sektorunun inkişafı üzrə Komissiya”sının qarşısına dərman vasitələri sahəsində siyasətin və idarəetmə mexanizmlərinin, o cümlədən qeydiyyat prosedurlarının təkmilləşdirilməsi, əczaçılıq məhsullarının yerli istehsalının artırılması və digər tapşırıqlar qoyulub. Yaxın vaxtlarda Komissiyanın fəaliyyətinin yekunlarına əsasən yerli dərman bazarının tənzimlənməsinə dair təkliflər təqdim olunacaq”.
Nazir əczaçılıq sektorunun inkişafı, Azərbaycanın dərman preparatları ilə özünü təmin edə bilməsi ölkə rəhbərliyinin diqqət və nəzarətində olduğunu vurğulayıb.
Mövzu ilə bağlı "Sherg.az"a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla deyib ki, dərman preparatlarının yerli istehsalının olması real deyil:
"Bu məsələ üçün ən azı ilk növbədə dərman maddələrini hazır vəziyyətə gətirib qablaşdırılmasından başlamaq lazımdır. Dərman preparatlarının keyfiyyəti önəm kəsb edir. Bu parametrlər isə dərmanın tərkibində olan əsas maddənin, əlavələrin yüksək keyfiyyətli, təhlükəsiz olmasıdır. Dərmanın əsas maddəsi təsiredicidir. Maddə qatışıqlardan rafinasiya (oxu.təmizləmə prosesi ) edilməlidir. Dərman əlavəsi isə dərmana rəng forma verən, onun kapsul kimi qoruyan əlavələrdir. Yüksək keyfiyyətlərə cavab verməsi üçün komponentlərin düzgünlüyü əhəmiyyətlidir" .
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rafinya Ronaldinyoya çatdı
13:07 04.11.2026
Futbol
Bakıda noyabrın 9-a qədər yağış yağacaq - XƏBƏRDARLIQ
12:55 04.11.2026
Ekologiya
NATO Rusiya ərazisinə zərbə endirə bilər
12:48 04.11.2026
Gündəm
Göygöldə yol qəzasında iki nəfər xəsarət alıb
12:27 04.11.2026
Hadisə
Dəfnə görə ödənilən müavinətin məbləği artırılır
12:10 04.11.2026
Aktual
AzTV 100 illik yubileyə həsr olunmuş çarx yayımlayıb - VİDEO
12:09 04.11.2026
Media
DSMF-nin növbəti il üçün gəlir və xərcləri açıqlanıb
11:57 04.11.2026
İqtisadiyyat
Azərbaycanın xalis maliyyə aktivləri 110 mlrd. manata çatıb
11:47 04.11.2026
İqtisadiyyat
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm