Dini konfessiyaların rəhbərləri Prezident İlham Əliyevə müraciət ünvanladılar
11:53 12.08.2025
Cəmiyyət
472
Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri Prezident İlham Əliyevə müraciət ünvanlayıblar.
Sherg.az müraciəti təqdim edir
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
"Möhtərəm cənab Prezident.
Cənabınızı salamlamaqdan, səmimi arzu və xeyir-dualarımızı Sizə yetirməkdən şərəf duyuruq.
Zati-aliləri, “Konstitusiya və Suverenlik İli” elan etdiyiniz 2025-ci ildə - Böyük Qarabağ Zəfərinin 5-ci ildönümü ərəfəsində Azərbaycan xalqına yaşatdığınız misilsiz qürur və sevincə görə Azərbaycan din xadimlərinin və dindarlarının dərin minnətdarlığını Cənabınıza ifadə etməkdən böyük şərəf duyuruq. Sizin dünyanın lider ölkəsində yüksək səviyyədə qəbulunuz zamanı imzalanmış sənədlərin dəyər və mahiyyəti onun tarixi əhəmiyyətini müəyyən edir.
Müdrik dövlətçilik təfəkkürü və dəmir siyasi iradə ilə Azərbaycanın ərazi bütövlüyünü və əzəli torpaqları üzərində suverenliyini tam bərpa etmiş Zati-aliniz beynəlxalq müstəvidə Qələbəmizin manifestini dünyanın bir nömrəli siyasi ofisində bütün beynəlxalq ictimaiyyətə nümayiş etdirdi. Haqq-ədalət öz yerini tutdu, Azərbaycana qarşı qərəz nümunəsi olan 907-ci düzəlişin ABŞ Prezidenti Donald Tramp tərəfindən Sizin iştirakınızla nümayişkaranə şəkildə aradan qaldırılması Zati-alinizə olan ehtiram və etimadın təcəssümü, Sizin şəxsinizdə Azərbaycan dövlətinə edilən mühüm jest oldu. Azərbaycanla ABŞ arasında strateji əməkdaşlığın təməlinin qoyulması ölkəmizin dövlət müstəqilliyinin möhkəmlənməsi, siyasi, iqtisadi qüdrətinin artması yönündə həlledici amil olub, Zati-alinizin uğurlu dövlətçilik siyasətinin məntiqi nəticəsidir.
Möhtərəm cənab Prezident, Siz Azərbaycan xalqına dünyamiqyaslı daha bir Zəfər bəxş etdiniz, qlobal siyasi-diplomatik müstəvidə tarixi ədalətin bərpasına, suverenliyimizin ali məqamda təsdiqinə nail oldunuz. Uca Allah müqəddəs kitab olan “Qurani-Kərim”də buyurur: “Həqiqətən biz sənə açıq-aydın bir fəth (zəfər) bəxş etdik”. (Fəth surəsi, 1). Uca Allah hər zaman Zati-alinizi zirvədə qərar versin!
Zati-aliləri, biz - Azərbaycanda fəaliyyət göstərən dini konfessiya rəhbərləri hər zaman fəxr hissi duyuruq ki, Sizin beynəlxalq müstəvidə insan həmrəyliyinə xidmət edən davamlı əməli səyləriniz, yüksəksəviyyəli dövlət-din münasibətləri sayəsində Azərbaycan dinlərarası, məzhəblərarası harmoniya mühitində birgəyaşayış təcrübəsi ilə dünyada model kimi təqdir olunur. Sizin mənəvi irsə, dini abidələrə, bütün dinlərə məxsus məbədlərə müstəsna qayğı və diqqətiniz Zati-alinizin müdrik dövlətçilik təfəkkürünün bəhrələri olaraq dünya üçün örnəkdir. Azərbaycanın dövlət başçısı olaraq hər zaman bölgədə sülh, əmin-amanlıq, iqtisadi tərəqqi və əməkdaşlıq ideyalarına sadiqliyiniz, bu istiqamətdə dəyərli səyləriniz, mükəmməl siyasi xəttiniz öz bəhrəsini verir. Əmin ola bilərsiniz, Azərbaycanın din xadimləri, bütün dindarlar hər zaman Zati-alinizin yanındadırlar, Sizin müdrik daxili və xarici siyasətinizi dəstəkləyirlər və duaları həmişə Sizinlədir.
Zati-aliləri, Azərbaycan üçün daha bir misilsiz qələbə münasibətilə Sizi səmimi-qəlbdən təbrik edir, Azərbaycan xalqı və dövləti naminə fədakar fəaliyyətinizə Uca Yaradandan uğurlar diləyirik. Milli-mənəvi və ümumbəşəri dəyərlərə ehtiramı ilə seçilən Öndərimizin, dünya müstəvisində ölkəmizə fəxarət yaşadan müzəffər Liderimizin səy və əməllərinə Ulu Rəbbimizdən rəvac diləyirik. Amin!
Dərin hörmət və ehtiramla,
Şeyxülislam Allahşükür PAŞAZADƏ
Qafqaz Müsəlmanları İdarəsinin sədri
ALEKSİY
Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan yepiskopu
Yepiskop Vladimir FEKETE
Roma Katolik Kilsəsinin
Azərbaycandakı Apostol prefekturasının ordinarisi
Milix YEVDAYEV
Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri
Aleksandr ŞAROVSKİ
Bakıdakı Avropa Yəhudiləri İcmasının rəhbəri
Robert MOBİLİ
Alban-udi Xristian Dini İcmasının sədri
Zamir İSAYEV
Sefarad yəhudiləri Bakı dini icmasının rəhbəri".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət
İqtisadi Şuranın növbəti iclası oldu
18:27 13.10.2026
İqtisadiyyat
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub
18:12 13.10.2026
Siyasət
Ukrayna və Ermənistan arasında müzakirə aparıldı
17:47 13.10.2026
Dünya
Vaşinqton Kiyevə təzyiq edir, Brüssel Moskvanı sıxışdırır - TƏHLİL
17:44 13.10.2026
Dünya
Şavkat Mirziyoyev Azərbaycana səfər edəcək
17:40 13.10.2026
Gündəm
Qırğızıstan Prezidenti Azərbaycana işgüzar səfər edəcək
17:33 13.10.2026
Gündəm
Tramp Rusiyanı qızışdırdı, Ukraynanın itkiləri artacaq - ŞƏRH
17:26 13.10.2026
Gündəm
Günə enerjili başlamaq üçün 9 səhər vərdişi
17:16 13.10.2026
Sağlamlıq
Dövlət Baxçalı Kılıçdaroğlu ilə görüşüb
17:09 13.10.2026
Siyasət
QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir
17:02 13.10.2026
Aktual
Professor Tərlan Quliyev vəfat edib
16:50 13.10.2026
Elm və Təhsil
Asim Xudiyev UEFA-dan təyinat aldı
16:43 13.10.2026
İdman
Tramp İran rəhbərlərinin öldürülməsini səhv addım hesab edib
16:37 13.10.2026
Gündəm