Əhaliyə şad xəbər: İcbari tibbi sığorta haqqı ilk üç ay maaşdan tutulmayacaq
07:52 10.01.2020
Cəmiyyət
733
İcbari tibbi sığortadan artıq şimal-qərb bölgəsinin də sakinləri istifadə etməyə başlayıb. Oğuz, Ağsu və Qobustan rayonlarının Mərkəzi Xəstəxanasında xidmətin elektronlaşdırılması istiqamətində işlər tamamlanıb. Xəstəxanaya müayinəyə gələn vətəndaşlara gedəcəkləri həkimlərlə bağlı istiqamət verilir.
Vətəndaşlar şəxsiyyət vəsiqələrini təqdim etməklə xidmətdən yararlana bilərlər.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin şöbə müdiri Şükür Eyvazovun sözlərinə görə, icbari tibbi sığorta haqqı ilə bağlı ilin ilk üç ayının bütün xərclərini dövlət öz üzərinə götürür. Ancaq aprelin 1-dən etibarən bütün işləyən vətəndaşlardan icbari tibbi sığorta haqları tutulacaq.
Agentliyin təqdim etdiyi xidmətlər zərfinə 3000-ə yaxın tibbi xidmət daxildir. Ancaq bəzi istisna əməliyyatlar da var. Məsələn, estetik və kosmetik əməliyyatlar bu xidmətlər zərfinə daxil deyil.
Qeyd edək ki, icbari tibbi sığorta haqları rəsmi şəkildə maaş alan, vergi ödəyən müəssisə və işçilərdən tutulur. İşsiz və ya müvəqqəti iş yeri olmayan şəxs kimi qeydiyyata alınanlar isə heç bir vergi ödəmədən bu xidmətlərdən yararlana biləcəklər. 2020-ci ilin sonuna kimi icbari tibbi sığortanın ölkənin bütün ərazisini əhatə etməsi nəzərdə tutulub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi