Elektron sistem niyə çökdü? - Səlahiyyətli qurumlar məsuliyyətsizlik ediblər - AKTUAL
Turan
08:10 23.01.2020
Cəmiyyət
970
Yanvarın 22-si səhər saatlarında İpoteka və Kredit Zəmanət Fondunun Elektron Hökumət sisteminə daxil olmaq mümkün olmayıb. Həmin gün səhər saat 10-dan etibarən bir neçə il sonra satın alınması mümkün olan kirayə mənzillər üçün elektron müraciət başlamalı idi. Lakin müraciətlər başlayan kimi elektron sistem çöküb.
Fondun məlumatında deyilib ki, yanvarın 22-də kirayə mənzillərin alışı üçün “Elektron hökumət” portalına kütləvi istifadəçi girişi qeydə alınıb. Bu və digər texniki səbəblərdən portal artıq yüklənməyə məruz qalıb. Ekspertlərin fikrincə, əgər Fond texniki qaydalara əməl edərək öz səhifəsini qura bilsəydi, çoxsaylı müraciətlər zamanı problem yaşanmazdı. Hətta gün ərzində 100 minlərlə giriş olsaydı belə sayt yüklənməzdi. Ona görə də bu işin ucuz bir platformada görüldüyü iddia edilib.
Problemlə bağlı “Şərq”ə danışan “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, “E-gov” sektorunda bu tip hadisə artıq ikinci dəfədir təkrarlanır.
Mütəxəssisin sözlərinə görə, ötən il güzəştli mənzillərin onlayn satışı ilə bağlı MİDA informasiya sistemində oxşar hadisə baş vermişdi: “Sonradan MİDA digər dövlət qurumlarının köməyi ilə problemi aradan qaldıra bilmişdi. Dövlət sektorunda baş verən belə hadisədən sonra yenidən hansısa bir qurumda bənzər halın təkrarlanması təəssüf və təəccüb doğurur. Düşünürəm ki, səlahiyyətli qurumlar, cavabdeh şəxslər ciddi məsuliyyətsizlik ediblər. Dövlət qurumları baş verənləri araşdırmalı və ciddi tədbir görməlidir. Ümumiyyətlə, bu tip dövlət layihələrinin start vəziyyətindən öncə onların informasiya resurslarının adıçəkilən qurumlar tərəfindən “audit” olunmaması, “stres-test” edilməməsi doğru bir yanaşma deyil”.
Ekspert bəyan edib ki, “E-gov” Elektron Mərkəzi kirayə evlərlə bağlı layihəyə start verməzdən öncə, sistemin test olunması üçün Fonda göstəriş verməli idi:
“Qurum bilir ki, bir dəfə belə problem yaşanıb. Diqqətə çatdırım ki, İpoteka və Kredit Zəmanət Fondu hazırda çökən rəsmi resursunun hazırlanması və “E-gov”a inteqrasiyası üçün 2 il öncə təxminən 6 milyon manat vəsait xərcləyib. Əlavə olaraq, “e-ipoteka” alt sisteminin hazırlanması üçün də təxminən 3 milyon manat vəsait sərf olunub. Hər il serverin saxlanması və İT avadanlıqlar üçün yüz minlərlə vəsait ayrılmaqdadır. Təsəvvür edin, 2 il ərzində təxminən 10 milyon manat vəsait xərclənən resurs öz qarşısına qoyulan vəzifələri icra edə bilməyib və çöküb. 10 milyon vəsait xərclənən adi bir informasiya sisteminin öz funksiyalarını yerinə yetirə bilməyərək çökməsi kifayət qədər düşündürücüdür. Sistemin bərpası və vətəndaşların müraciətlərinin qəbul edilməsi üçün “E-gov” Mərkəzinin aktiv fəaliyyət göstərməsi indiki halda çox vacibdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi