“Əmlak Məsələləri üzrə Dövlət Xidməti bələdiyyələrin fəaliyyətinə problem yaradır”
Yusif Nəzərli
13:05 02.02.2022
Cəmiyyət
605
“Qəbristanlıqların bələdiyyələrə verilməsinin tam yekunlaşdırılmamasının günahı və əsas səbəbi həmin orqandadır”
Dünən Milli Məclisin yaz sessiyasının ilk plenar iclası keçirilib. Palamentin sədri Sahibə Qaforova yaz sessiyasını açıq elan etdikdən sonra Dövlət Himni səsləndirilib. Deputatların cari mövzularla bağlı çıxışlarından sonra gündəlikdəki 12 qanun layihəsinin müzakirələri başlanılıb. İclas zamanı maraqlı fikirlər səsləndirilib.
Parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov qəbiristanlıqların bələdiyyələrə verilməsini təklif edib: “Qəbiristanlıqlar bələdiyyələrə verilsin. Nazirlər Kabineti nümunəvi qəbiristanlıqların 3 aya bələdiyyələrə verilməsi barədə qərar qəbul etmişdi, bu günə qədər bu qərar icra olunmur. Bu qərarın icrası təmin olunmalıdır”.
Məsələ ilə bağlı “Sherg.az” a danışan Bələdiyyələrin Fəaliyyətinin Təbliği İctimai Birliyinin sədri Vüqar Tofiqli proseslərə artıq start verildiyini bildirib:
“Qəbiristanlıqlarla bağlı bütün prosedur qaydaları Nazirlik Kabinetin qərarı ilə 2018-ci ildən bələdiyyərə verilib. Sadəcə onların sənədləşdirilməsi, bələdiyyənin mülkiyyətinə verilməsi prosesində müəyyən ləngimələr, axsamalar və neqativ hallar baş verib. Bunun da kökündə bələdiyyələrin fəaliyyətinə müəyyən mənada problem yaradan orqan var.
Bu orqan Əmlak Məsələləri üzrə Dövlət Xidmətidir. Qəbristanlıqlarla bağlı olan məsələlərin tam yekunlaşdırılmamasının günahı və əsas səbəbi həmin orqandadır.
Burada presedur məsələləri, süründürməçilik, müəyyən sənədlərin tələb edilməsi var ki, məsələnin həllini uzadır. Nəticədə də bələdiyyələrin bir çoxunda qəbiristanlıqların təhvil- təslim prosesində ləngimələr var.
Amma ümumilikdə prosesə start verilib. Müəyyən rayonlarda, o cümlədən paytaxt Bakının bəzi ərazilərində proses başa çatıb. Bu istiqamətdə müəyyən addımlar atılıb. Nəzərinizə çatdırım ki, bir çox bələdiyyə var ki, müəyyən dəfn xidmətləri, mərasim xidmətlərini artıq həyata keçiriblər”.
Çimnaz Şahlar
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual