Erməni mediası yalanlar tirajlayır
Yusif Nəzərli
08:19 11.02.2022
Cəmiyyət
511
Arutyunyanı Moskvada heç bir rəsmi şəxslər qəbul etməyib
Qarabağdakı erməni separatçılarının lideri Araik Arutyunyan bu günlərdə Moskvada işgüzar səfərdə olub. Erməni mediasının yazdığına görə, Arutyunyan Moskvada müxtəlif “rus rəsmiləri” ilə görüşüb. Görüşlər zamanı müdafiə, humanitar və digər sahələr üzrə məsələlər müzakirə olunub. Görünən odur ki, Qarabağ separatçıları və onların havadarları açıq-aşkar Moskvada dəstək qazanmağa çalışırlar. Onların nə barədə “razılaşdıqları” məlum deyil. Qarabağdakı sülhməramlıların fəaliyyəti ilə bağlı narazılıq getdikcə artdığı bir vaxtda separatçıbaşının “rəsmi” səfəri suallar doğurur. Azərbaycanın Rusiyadakı səfirliyi Arutyunyanın Rusiyanın vəzifəli şəxsləri ilə görüşlər keçirməsinə dair bir sıra erməni KİV-də yayılmış xəbərlərə aydınlıq gətirib.
Səfirlikdən qeyd olunub ki, adıçəkilən şəxs Moskvaya şəxsi işləri ilə əlaqədar gedib və bəzi soydaşları ilə görüşüb. Lakin qısamüddətli səfər zamanı Rusiyanın heç bir dövlət qurumunun nümayəndəsi tərəfindən qəbul edilməyib. Səfirlik qeyd edib ki, bu kimi məlumatların erməni mətbuatında yayılması təxribat xarakteri daşıyır və həqiqəti əks etdirmir.
Millət vəkili, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə “Şərq”ə bildirib ki, separatçı Arutyunyanın hansısa ciddi işlərlə məşğul olduğunu söyləmək və onu şişirtmək lazım deyil. Deputatın sözlərinə görə, ümumiyyətlə, bu şəxs medianın gündəmində olmamalıdır: “Ermənistanın bir sıra media orqanı onunla bağlı məlumatları məqsədyönlü şəkildə tirajlayır. Arutyunyan ətrafında növbəti şou düzəldirlər. Separatçıların başçısının “böyük adam” olduğunu göstərmək üçün ağlına gələni yazırlar. Separatçı Arutyunyan Moskvada heç bir rəsmi şəxs tərəfindən qəbul olunmur. O, sadəcə Rusiyaya gəzməyə gedib. Ermənilər isə buna fərqli don geyindirmək istəyirlər. Ancaq əksər erməni və rus mediası artıq Arutyunyanın “səfərlərinə” ciddi reaksiya vermirlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rafinya Ronaldinyoya çatdı
13:07 04.11.2026
Futbol
Bakıda noyabrın 9-a qədər yağış yağacaq - XƏBƏRDARLIQ
12:55 04.11.2026
Ekologiya
NATO Rusiya ərazisinə zərbə endirə bilər
12:48 04.11.2026
Gündəm
Göygöldə yol qəzasında iki nəfər xəsarət alıb
12:27 04.11.2026
Hadisə
Dəfnə görə ödənilən müavinətin məbləği artırılır
12:10 04.11.2026
Aktual
AzTV 100 illik yubileyə həsr olunmuş çarx yayımlayıb - VİDEO
12:09 04.11.2026
Media
DSMF-nin növbəti il üçün gəlir və xərcləri açıqlanıb
11:57 04.11.2026
İqtisadiyyat
Azərbaycanın xalis maliyyə aktivləri 110 mlrd. manata çatıb
11:47 04.11.2026
İqtisadiyyat
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm