Evlənmək istəyən doqquz nəfərdə QİÇS aşkarlandı
08:37 13.12.2019
Cəmiyyət
537
Noyabr ərzində nikaha daxil olmaq istəyən və icbari tibbi müayinədən keçən 46 nəfərdə sifilis, doqquz nəfərdə isə QİÇS aşkar edilib. Bunu Oxu.Az-a Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib.
Onun sözlərinə görə, ötən ay ərzində ümumilikdə 10139 nəfər nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi həyata keçirilib:
“375 nəfərdə talassemiya daşıyıcılığı aşkarlanıb. Hər ikisində talassemiya daşıyıcılığı olan dörd cütlük müəyyənləşdirilib”.
Z.Əlimirzəyeva bildirib ki, bu ilin doqquz ayı ərzində nikaha daxil olmaq üçün 126402 nəfər müayinədən keçib:
“Onlardan 3393 nəfərdə talassemiya daşıyıcılığı, 297 nəfərdə sifilis, 135 şəxsdə isə QİÇS aşkarlanıb. Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı isə 43 olub.
2015-ci ildən indiyədək 626215 nəfərdə qan müayinəsi aparılıb.
21628 cütlükdən birində talassemiya daşıyıcılığı, 232 cütlüyün hər ikisində daşıyıcılıq aşkarlanıb. Bu müddət ərzində 2025 nəfərdə sifilis, 590 nəfərdə HİV1/2 (QİÇS) qeydə alınıb”.
Qeyd edək ki, 1 iyun 2015-ci il tarixindən etibarən nikaha daxil olmaq istəyən vətəndaşların tibbi müayinədən keçməsi mütləq sayılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Goranboyda əkin sahəsindən 22 yaşlı gənc oğlanın meyiti tapılıb
17:33 17.09.2026
Hadisə
Şamaxıda “Pirqulu Park” hotelinin açılışı olub
17:01 17.09.2026
Gündəm
Azərbaycan gücü ilə haqlı olduğunu sübut etdi - Azər Həsrət
16:53 17.09.2026
Gündəm
Goranboyda əkin sahəsində 22 yaşlı şəxsin meyiti tapıldı
16:42 17.09.2026
Hadisə
100 yaşdan yuxarı insanların sayı 100 mini keçdi - Rekord
16:39 17.09.2026
Maraqlı
Tom Barrak: Ərdoğan və Tramp Nyu-Yorkda görüşəcək
16:33 17.09.2026
Gündəm
Şavkat Mirziyoyev gələn ay Azərbaycana gələcək
16:18 17.09.2026
Gündəm
Ərdoğanın prezidentliyə namizədliyi sonuncu dəfə irəli sürüləcək
16:14 17.09.2026
Gündəm
Azərbaycanda DSK-lar yenidən formalaşdırılır
16:12 17.09.2026
Gündəm
Babiş: Qorxuram, dünya cəhənnəmin qapılarına yaxınlaşır
16:03 17.09.2026
Dünya
Şoyqu Ermənistana müdaxilə xəbərdarlığı etdi
15:57 17.09.2026
Dünya
Xalq artisti Şükufə Yusupova xəstəxanadan evə buraxılıb
14:45 17.09.2026
Mədəniyyət
Vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
14:25 17.09.2026
Sağlamlıq