Əhalinin günəş enerjisindən kütləvi istifadəsi yaxın müddətdə real görünməsə də, gələcək perspektiv üçün uğurlu bir layihədir
Evlərin damına günəş panellərinin quraşdırılması ilə iş bitmir
Evlərin damına günəş panellərinin quraşdırılması ilə iş bitmir
Yusif Nəzərli
06:43 11.10.2023
Cəmiyyət
912
Bu işin bir “əmma”sı var
Əhalinin günəş enerjisindən kütləvi istifadəsi yaxın müddətdə real görünməsə də, gələcək perspektiv üçün uğurlu bir layihədir
Əhalinin günəş enerjisindən kütləvi istifadəsi yaxın müddətdə real görünməsə də, gələcək perspektiv üçün uğurlu bir layihədir
“Azərbaycanda əhali bərpa edilən enerji ilə bağlı günəş panelləri qoyaraq öz enerji tələbatını ödəyə bilər”. Bunu Milli Məclisin Təbii ehtiyatlar komitəsinin sədri Sadiq Qurbanov deyib. O qeyd edib ki, bərpa edilən enerjidən istifadə edən şəxslər öz tələbatlarını ödədikdən sonra elektrik enerjisinin artıq qalan hissəsini dövlətə sata bilər: “Artıq qalan enerjinin qiyməti həmin dövrə müəyyən edilən tarifə uyğun müəyyənləşir, yəni elektrik enerjisinin istehsalının maya dəyərinə. Azərbaycan qanunvericiliyi əhalinin bu imkandan istifadə etməsinə şərait yaradır. Biz yerli və beynəlxalq investorlar üçün buna imkan yaratmışıq. Azərbaycanda təqribən ilin 300 günü günəşli olur. Bu baxımdan günəş panellərinin quraşdırılması daha çox iri istehsalçılar üçün əlverişlidir”.
Qeyd edək ki, Milli Məclisin oktyabrın 2-də keçirilən iclasında “Energetika haqqında” yeni qanununun layihəsi birinci oxunuşda qəbul edilib.
Qanun layihəsi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndinə uyğun olaraq, energetika sahəsində fəaliyyətin ümumi hüquqi, iqtisadi və idarəetmə əsaslarını, habelə enerji təhlükəsizliyinin təmin edilməsinin, sağlam rəqabət mühitinin formalaşdırılmasının, davamlı iqtisadi inkişafın dəstəklənməsinin, istehlakçıların etibarlı, keyfiyyətli, əlçatan və təhlükəsiz enerji ilə təmin edilməsinin mexanizmlərini müəyyən edir.
Azərbaycanda günəş panelinin bir ədədinin qiyməti ölçüsünə, enerji istehsal gücünə görə 15-350 manat arasında dəyişir. Müxtəlif özəl şirkətlər günəş panellərinin satışını həyata keçirir.
İqtisadçı-ekspert Eldəniz Əmirov isə “Sherg.az”a açıqlamasında deyib ki, əhalinin günəş enerjisindən kütləvi istifadəsi yaxın müddətdə real görünməsə də, gələcək perspektiv üçün uğurlu bir layihədir. Yüksək vəsait, uğurlu texnologiya və ciddi əmək sayəsində buna nail ola bilərik:
Azərbaycanın kifayət qədər geniş günəş enerjisi potensialı olduğunu xatırladan E.Əmirov bu enerjinin də bütünlükdə ölkə ərazisi üzrə paylandığını qeyd edib: “Ən böyük enerji potensialı Naxçıvan Muxtar Respublikasındadır. İkinci yerdə isə işğaldan azad olunmuş ərazilərimiz, daha dəqiqi Arazın şimal sahilləridir. Fikrimcə, Cəbrayıl, Füzuli, Zəngilan kimi rayonlarda şəhərsalınma zamanı bərpa olunan enerji potensialından istifadə oluna bilər. Lakin bu işin bir “əmma”sı var. Evlərin damına günəş panellərinin quraşdırılması ilə iş bitmir. Bu həm çətin, həm də böyük maliyyə vasitəsi tələb edən bir prosesdir. Bilirik ki, elektrik enerjisini yığıb saxlamaq olmur. İstehsal olunmuş elektrik enerjisi mütləq şəkildə istifadəyə verilməlidir. Yəni saxlanılan enerjinin həcmi böyük olmur, saxlanlla bilən enerji ilə hər hansı bir kəndi, şəhəri elektrik enerjisi ilə təmin etmək olmur. Odur ki, bir kəndin, şəhərin damlarına quraşdırılan günəş panelindən əldə olunan enerjini həmin kənddə, şəhərdə yığıb saxlamaq mümkün deyil. Onu mütləq ötürmək lazımdır. Bunun üçün də mərkəzi şəbəkəyə birləşmə olmalıdır. Deməli, həm texniki baza yaradılmalı, həm də sistem elə qurulmalıdır ki, qonşulardan biri evdə olmayanda onun damında istehsal olunan enerji digər qonşuya ötürülə bilsin. İndi təsəvvür edin, texniki baza yoxdur və həmin kənddə 30, lap elə 10 ailə bir aylıq və ya bir neçə həftəlik kəndi tərk edir. Nə bilim, başqa bir şəhərə, ölkəyə istirahətə gedir. Bu zaman həmin evlərin damında istehsal olunan elektrik enerjisi necə idarə olunacaq!? Deməli, müvəqqəti olaraq boş qalan evlərin damında istehsal olunan elektrik enerjisi mərkəzi şəbəkəyə ötürülməli, lazım olduqda isə eyni xətlə şəbəkədən geriyə ötürülməlidir. Bütün bunları düzgün tənzimləmək üçün də texnoloji infrastruktur və ciddi maddi vəsait olmalıdır. Odur ki, yaxın perspektivdə yox, gələcəyə hesablanmış strateji hədəf olaraq reallaşdırıla bilər ”.
İqtisadçı onu da deyib ki, evlərin mərkəzi şəbəkəyə inteqrasiyası zamanı hər evdə istehsal edilən enerjinin miqdarı müəyyən edilməli, ayrıca tariflər təyin edilməli və həmin ailəyə ödəniş olunmalıdır. Və yaxud da bərpa olunan enerji ilə əhalinin mərkəzdən aldığı elektrik enerjisi əvəzlənməli, ortada qiymət fərqi varsa, ancaq o ödənməlidir.
Bütün bunlar isə böyük zamanın, böyük pulların və böyük əməyin nəticəsində mümkündür.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Trabzonspor” və “Beşiktaş” Türkiyə kubokunun yarımfinalına çıxıb
00:44 24.04.2026
Futbol
Tramp: “Mənim vaxtım çoxdur, İranın isə yoxdur”
00:44 24.04.2026
Gündəm
Tramp: İranla müharibəni bitirməyə tələsmirəm
00:22 24.04.2026
Dünya
Tramp: İran məsələsində NATO-nun dəstəyinə ehtiyac yox idi
23:59 23.04.2026
Dünya
Makron seçkilərdən sonra siyasətdən gedəcəyini açıqladı
23:22 23.04.2026
Dünya
Tehranın bəzi rayonlarında HHM sistemləri işə düşüb
22:26 23.04.2026
Region
ABŞ Yaxın Şərqə yeni qırıcılar göndərib
22:08 23.04.2026
Region
Azərbaycan BMT-nin beynəlxalq vasitəçilik sazişinə qoşulub
21:35 23.04.2026
Dünya
Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib - YENİLƏNİB
21:19 23.04.2026
Hadisə
Pəhləvinin "azad İran" vədləri inandırıcı deyil - ŞƏRH
19:15 23.04.2026
Gündəm
Dua Lipa evlənir!
18:45 23.04.2026
Şou
Ebru Gündeşdən sürpriz: Yeni görünüşü sosial medianı silkələdi
18:42 23.04.2026
Şou
Derbi öncəsi gərginlik: "Fənərbağça"dan Dursun Özbəkə cavab gəldi
18:37 23.04.2026
Futbol