Gülsatan qız...- Bakıda əllərində salfetka, tum satan uşaqların sayı kifayət qədərdir
Şəymən Bayramova
13:40 11.02.2020
Cəmiyyət
1247
Sosial şəbəkələrdə azyaşlı qız uşağının axşam saatlarında paytaxtın Nizami küçəsində gül satarkən görüntüləri yayılıb. Görüntülərdə adının Aysu olduğunu deyən azyaşlı, atasının xəstə olduğunu, ona isə anasının baxdığını bildirib.
Videoda ailədə 4 uşaq olduqlarını deyən Aysu satdığı güllərin pulunu atasının iynə-dərmanına xərclədiklərini deyir. Görüntülərdə balaca qız ailəsinə kömək edə bildiyi üçün çox sevindiyini dilə gətirib.
Qeyd edək ki, Azərbaycan qanunvericiliyi yaşı 15-dən az olan şəxslərin işləməsinə icazə vermir. Videodakı qız uşağının isə 8-9 yaşı ancaq olar. Onun axşam saatlarında şəhərin küçələrində ticarətlə məşğul olmağı həm qanuna ziddir, həm də təhlükəlidir. Videodan da aydın göründüyü kimi balaca qız ailəsinin imkansızlığı səbəbindən Nərgiz gülü satmaqla pul qazanır. Aysunun taleyi aidiyyəti qurumları düşündürməlidir.
Əksər insanlar uşaqların satdığı məhsuldan almaqla, göstərdiyi xidmətdən yararlanmaqla onlara yardımçı olduğunu düşünür. Lakin mütəxəssislər bu addımın yanlış olduğu qənaətindədirlər.
Uşaq Hüquqlarının Müdafiəsi Liqasının rəhbəri Yusif Bəkirovun sözlərinə görə, uşaq hüquqlarının müdafiəsi yönündə bir sıra tədbirlər həyata keçirilsə də, uşaq əməyinin istismarı hallarına hələ də rast gəlinir. Şəhərdə əllərində gül, salfetka, tum satan uşaqların sayı kifayət qədərdir:
"Biz bilmirik uşaq həqiqətən ailəsinə kömək etmək üçün çarəsizlikdən uşaq yaşlarından küçə-küçə gəzərək bu işlə məşğul olur, ya sadəcə uşaq əməyinin istismarı ilə məşğul olan cinayətkarlar tərəfindən işlədilir. Problem bununla bitmir. El şənlikləri azyaşlı uşaqların istismar olunduğu ən kütləvi sahələrdən birinə çevrilib. Şadlıq evlərində əməyə cəlb olunan balaca fidanlar bundan dəfələrlə artıq yükün altına girməyə məhkum edilirlər. Əyinlərinə "mələk” qiyafəsi geyindirilən azyaşlı qız uşaqları el şənliklərində gəlinlərin ətəyindən yapışmağa, onları gül-çiçək yağışına tutmağa məcbur edilir. Bu, şadlıq evi və restoranlarda uşaq əməyi istismarının ən yumşaq formasıdır.
Liqa sədri diqqətə çatdırıb ki, uşaqlar qanunsuz əməyə cəlb edildiyindən, iş müddətində onların başına hər hansı bir qəza gələrsə, heç kim məsuliyyət daşımır. Bu baxımdan, həm də uşaqların həyatı təhlükədədir:
"Uşaq 15 yaşına kimi əməyə cəlb edilməməlidir, vəssalam. Ailənin sosial durumu ilə ölkənin aidiyyəti orqanları məşğul olmalıdır. Uşaq işə cəlb olunanda ilk növbədə təhsildən qalır ki, bu da gələcəkdə nadanlığın, savadsızlığın yaranması təhlükəsini yaradır. Uşaq işləyib ailəyə müəyyən qazanc versə də, bir neçə il sonra həmin işin təsiri insanın sağlamlığında özünü göstərir. Yəni uşağın işləməsi heç bir halda düzgün deyil. Valideyni başa düşmək olar, sosial vəziyyət ağırdır, ona görə azyaşlı uşağının işləməsinə icazə verir. Amma burada uşağın hüququ tapdanır. Dövlət uşağı müdafiə etməlidir, onun ailəsinin təminatını verməlidir ki, o da məcbur olub kiçik yaşında işləməsin. Ailənin iqtisadi durumunun aşağı olması uşağın günahı deyil. Burada söhbət əməkdən yox, istismardan gedir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət