Hər dörd yeniyetmədən birində smartfon asılılığı var
18:44 02.12.2019
Cəmiyyət
521
Yeniyetmələrin dörddə birində smarfondan - ağıllı telefondan asılılıq müşahidə edilir: smartfondan uzaq qalmaq onlarda psixoloji diskomfort yaradır - onlar əsəbi olurlar və panika keçirirlər. Bundan başqa, belə yeniyetmələr ekran qarşısında keçirdikləri zamana nəzarət edə bilmirlər.
Bu narahatedici qənaəti Londonun Kings College Universitetinin araşdırmaçıları səsləndiriblər. Alimlər xəbərdarlıq edirlər ki, belə asılılıq psixoloji sağlamlığa ciddi zərər vura bilər.
Ağıllı telefonlardan fasiləsiz istifadə yeniyetmələrdə stres və depressiv pozuntular əmələ gətirir, yuxusuzluğa və təhsildə uğursuzluqlara səbəb olur.
"BMC Psychiatry" tibb jurnalında dərc edilmiş hesabatda alimlər 42 min yeniyetmənin iştirak etdiyi 41 araşdırmanın göstəricilərini təhlil ediblər.
Məlum olub ki, yeniyetmələrin 23 faizində smartfondan asılılıq siptomu var, onlar smartfon ekranı qarşısında keçirdikləri zamana nəzarət edə bilmirlər və bu, uşaqları daha faydalı məşğuliyyətlərdən uzaqlaşdırır.
Risk qrupuna kimlər daxildir?
Smartfonlar 2011-ci ildə kütləvi satışa çıxarılıb və o vaxtdan bəri onlardan istifadə göstəriciləri durmadan artır. "BMC Psychiatry" jurnalı yazır ki, uşaqlar 11 yaşdan etibarən şəxsi smartfona sahib olurlar.
Smartfonlardan kütləvi istifadənin başladığı vaxtdan etibarən yeniyetmələrdə psixi pozuntu halları da artmağa başlayıb.
Hesabatda qeyd edilib ki, 17-19 yaş aralığındakı qızlar oğlanlarla müqayisədə mobil qurğulardan daha çox asılıdırlar. 17 araşdırmadan 13-ü bu mənzərəni ortaya çıxarıb.
Qızların sosial şəbəkələrdən asılılığı daha çoxdur, gənclər əsasən oyunlara meyl edirlər.
Alimlər bildirirlər ki, smartfonlardan asılılıq təkcə psixoloji problemlərlə yekunlaşmır, belə yeniyetmələr həm də spirtli içkilərə və tütün məhsullarına, o cümlədən, düşünülməmiş və gərəksiz alış-verişə həvəs göstərirlər.(BBC)
Hesabat müəllifləri xəbərdarlıq edirlər ki, psixoloji pozuntular yeniyetmələrin sonrakı həyatında faciəvi izlər buraxa bilər.
Buna görə də alimlər mobil cihazların sağlamlığa mümkün uzunmüddətli təsirini azaltmaq və psixi pozuntuların sonrakı nəsillərə keçməsini önləmək üçün smartfonlardan psixi asılılığı qiymətləndirmə metodlarını hazırlamağı təklif edirlər.
"Smartfonlar həyatımızda olmaqda davam edəcəklər, ona görə də onların hansı problemlərə yol açdığını bilməyimiz lazımdır" - hesabat müəlliflərindən biri Nicola Kalk belə deyir.
O həmçinin qeyd edir ki, asılılığı smartfonlarınmı, yoxsa bu qurğulardakı proqramlarınmı yaratdığı məlum deyil: "Buna baxmayaraq cəmiyyət smartfonların uşaqlara və yeniyetmələrə mənfi təsirindən xəbərdar olmalı və valideynlər övladlarının smartfon ekranı qarşısında keçirdikləri zamana nəzarət etməlidirlər".
Ancaq alimlər onu da vurğulayırlar ki, smartfonlardan istifadənin mütləq psixoloji pozuntuyla nəticələnməsi qənaəti qəti deyil və bunun əksi də mümkündür, yəni depressiv pozuntu smartfondan fasiləsiz istifadəyə gətirib çıxara bilər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya