İcra hakimiyyətləri tamamilə ləğv olunmalıdır
Yusif Nəzərli
01:28 11.02.2022
Cəmiyyət
493
Natiq Cəfərli: "Ölkədə aparılan inzibati islahatlar çərçivəsində bələdiyyələr ön plana çəkilməlidir"
"Rayonların tədricən inzibati cəhətdən ləğv edilərək iqtisadi rayon və ya vilayət formasında birləşdirilməsi dövlət büdcəsində on milyonlarla vəsaitə qənaət etmək imkanı yaradacaq"
Gəncə şəhərinin Nizami və Kəpəz rayonlarının ləğv edilməsi təklif olunur. Bu, “Gəncə şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanun layihəsində əksini tapıb. Dəyişikliklə Nizami və Kəpəz rayonlarındakı inzibati ərazi dairələri Gəncə Şəhər İcra Hakimiyyətinin tabeliyinə verilir.
Qanun layihəsi Milli Məclisin Regional məsələlər komitəsinin fevralın 11-də keçiriləcək iclasında birinci oxunuşda müzakirə ediləcək. Nizami və Kəpəz rayonlarının ləğv edilməsi məsələsi zaman-zaman gündəmə gəlib və ətraflı müzakirə edilib. Ekspertlər digər bölgələrdə də bir neçə kiçik rayonun inzibati vahid kimi ləğvini, yaxud başqa rayona birləşdirilməsini zəruri hesab edirlər. Onların fikrincə, bir çox sahələrdə aparılan struktur islahatlarını və ixtisarlaşdırmanı nəzərə alsaq, idarəetmədə mərkəzləşmə sistemi daha effektlidir.
İqtisadçı Natiq Cəfərli “Şərq”ə bildirib ki, Azərbaycanda yerli özünüidarəetmə orqanının gücləndirilməsinə ehtiyac var. Ekspertin fikrincə, bu artıq sual doğurmayan məsələ olmalıdır və tezliklə həll yolları tapılmalıdır: “İnzibati yerli özünüidarəetmə orqanı gücləndirilməsə bir çox problemlərin həllində ləngimələr ola bilər. İcra hakimiyyəti institutları öz-özünü doğrultmadı. Bu sahədə kifayət qədər problemlər yaşanır və icra hakimiyyətlərindən narazılıq artır. Nə qədər həbslər baş verdi, yerdəyişmələr oldu, amma nəticə dəyişmədi. Problemin kökündən həlli idarəetmə institutunun təkmilləşməsindən asılıdır. Böyük şəhər bələdiyyələri yaradılmalı və mer seçkiləri keçirilməlidir. İndiki qanunvericilikdə “böyük şəhər bələdiyyəsi” anlayışı yoxdur. Bələdiyyə sədrləri isə birbaşa yox, bələdiyyə üzvləri arasından seçilir. Bunu doğru hesab etmirəm”.
N.Cəfərliyə görə, yerli özünüidarəetmənin gücləndirilməsi üçün icra hakimiyyətlərinin tamamilə ləğv olunması vacibdir:
“Azərbaycanda dövlət büdcəsindən təkcə hər bir rayonun inzibati idarəetməsinə kifayət qədər çox vəsait ayrılır. Bu qədər rayonun olması dövlət büdcəsi üzərində əlavə yükdür. Rayonların tədricən inzibati cəhətdən ləğv edilərək iqtisadi rayon və ya vilayət formasında birləşdirilməsi dövlət büdcəsində on milyonlarla vəsaitə qənaət etmək imkanı yaradacaq. Ümumiyyətlə, ölkədə aparılan inzibati islahatlar çərçivəsində bələdiyyələr ön plana çəkilməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rafinya Ronaldinyoya çatdı
13:07 04.11.2026
Futbol
Bakıda noyabrın 9-a qədər yağış yağacaq - XƏBƏRDARLIQ
12:55 04.11.2026
Ekologiya
NATO Rusiya ərazisinə zərbə endirə bilər
12:48 04.11.2026
Gündəm
Göygöldə yol qəzasında iki nəfər xəsarət alıb
12:27 04.11.2026
Hadisə
Dəfnə görə ödənilən müavinətin məbləği artırılır
12:10 04.11.2026
Aktual
AzTV 100 illik yubileyə həsr olunmuş çarx yayımlayıb - VİDEO
12:09 04.11.2026
Media
DSMF-nin növbəti il üçün gəlir və xərcləri açıqlanıb
11:57 04.11.2026
İqtisadiyyat
Azərbaycanın xalis maliyyə aktivləri 110 mlrd. manata çatıb
11:47 04.11.2026
İqtisadiyyat
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm