“İki od arasında” - Bakıda qaçırıldığını deyən kişi rəsmi arvadının yanında tapıldı
12:55 27.01.2020
Cəmiyyət
547
Ötən bazar günü Bakının Yasamal rayonunda maraqlı hadisə baş verib. Kişi vətəndaş nikahında olduğu həyat yoldaşına nəticələrini düşünmədən, bir cinayətin qurbanı olduğunu deyib.
Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat daxil olub.
“Yanvarın 26-da 33 yaşlı Biləcəri qəsəbə sakini S.A. Yasamal rayonu 28-ci Polis Bölməsinə müraciət edib. Onun sözlərinə görə, həmin gün vətəndaş nikahında olduğu əri Z.Q. “Niva” markalı avtomobilini satmağa gedib.
İddiaya görə, o, Bakı Dairəvi yol adlanan əraizdə yerləşən bir bazarda satışa çıxarmağı planlaşdırıb. Saat 15:45-də kişi arvadına zəng edərək, maşınla birlikdə yad adamların onu qaçırdıqlarını bildirib.
İstintaq prosesində müəyyən edilib ki, heç bir qaçırılma hadisəsi baş verməyib. Fırıldaqçı həmin gün axşam saatlarında Füzuli rayonunun Qarabağ kəndində rəsmi həyat yoldaşının yanında tapılıb. Beləliklə, “ikiarvadlı”nın yalanının üstü açılıb”, - deyə məlumatda bildirilir.
Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə söhbət əsnasında kişi yalan danışdığını etiraf edib. Onun sözlərinə görə, “sadəcə ikinci arvadın onu bir neçə gün axtarmamasını istəyib” və “polisə müraciət edəcəyini ağlına gətirməyib”.
“Vətəndaş nikahında olan qadının belə etməsi təbiidir, istənilən normal insan belə edər. Bir arvadın öhdəsindən gələ bilmirsiniz, bu isə ikisinin arasında qalıb”, - deyə polis zarafat edib.
Yanvarın 27-də “ikiarvadlı” izahat vermək üçün polis idarəsinə dəvət edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət