
İlahiyyatçı: Evdə it saxlamaq adətindən xilas olmaq lazımdır
Yusif Nəzərli
07:45 06.12.2024
Cəmiyyət
744
Murdarçılıqdır, xəstəlikdir
Artıq Qərbdə də bu ənənə tənqid edilməyə başlayıb
Bakıda itlər öz sahibini parçalayaraq öldürüb. Hadisə srağagün Xətai rayonu NZS qəsəbəsində qeydə alınıb. Orada yaşayan 70 yaşlı Ə.Y-yə saxladığı Alabay cinsli itlər hücum edib. Səs-küyə qonşular gəlsələr də, itlərin qarşısında aciz qalıblar. Nəticədə itlər sahibini parçalayaraq öldürüb. Hadisə yerinə polis əməkdaşları çağırılıb. Polisin müdaxiləsindən sonra itlər zərərsizləşdirilib. Qonşuların bildirdiyinə görə, Ə.Y biri erkək, biri dişi olmaqla, 2 nəhəng it saxlayıb.
Beləliklə, “itlə dostluq elə, çomağını yerə qoyma” məsəli bir daha özünü təsdiqləmiş oldu. Dəfələrlə itlər tərəfindən hücuma məruz qalma halları baş versə də, evlərində ən təhlükəli it cinslərini saxlayanlar da az deyil.
Heyvanların Müdafiə Cəmiyyətinin sədri Azər Qarayev deyir ki, 40 növ it cinsi var ki, onları əhliləşdirmək çətindir. Ən təhlükəli it cinsləri bütün iri şəhərlərdə, meqapolislərdə qadağan olunub. “Nazirlər Kabineti tərəfindən 2011-ci ildə müəyyən qaydalar təsdiq olunub. Yeni qaydalar əsasında evlərdə saxlanılan heyvanların sayı və onların saxlanılma qaydaları tənzimlənmişdi. Təəssüflər ki, həmin qaydalara bütün ölkələrdə müəyyən edilən siyahı əlavə olunmayıb. Məsələn, hansı cins itləri ağızlıqsız saxlamaq olmaz, hansı it cinslərini axtalanmamış satmaq olmaz? Təəssüflər ki, Azərbaycanda qaydalar qüvvəyə minəndən sonra bunu fikirləşiblər. Ona görə də bu siyahı hələ ki, tərtib olunmayıb”.
Ekspert hesab edir ki, son illər paytaxtda döyüşkən it cinslərinin sayı artır. Halbuki həmin itlər satılarkən axtalanaraq satışa çıxarılmalıdır. Döyüşkən it cinslərinin gəlir mənbəyi kimi istifadə olunması onların sayının artmasına səbəb olub. Azər Qarayevin sözlərinə görə, “brazilyero” ən təhlükəli it cinsi hesab olunur. “Mastiff”, “blədhaund” və “ingilis mastifi” cinslərinin çarpazlaşdırılması nəticəsində alınmış bu cins sahibindən başqa hər kəsi potensial düşmən sayır və aqressiv olur. Onun sözlərinə görə, hətta aqressiv olanda sahibinə də xətər yetirə bilir. Vaxtilə buldoq iri vəhşi heyvana ov zamanı istifadə olunurdusa da, indi mühafizə və silahlı şəxslə mübarizə üçün yararlı sayılır. Odur ki, bu cinsin də evdə saxlanılması həyat üçün təhlükəlidir. Mütəxəssisin sözlərinə görə, “japanese tosa”, “doq”, “staffordşir teryeri”, “bulteryer”, “tosa-inu”, “kanne korso”, “ka-de-bo” və “pitbulteryer” cinslərini də ev heyvanı kimi əhliləşdirmək çətindir. Bu it cinsləri də istənilən an sahibinin sağlamlığına zərər vura bilər.
Mütəxəssis həmin cinslərin Qərb ölkələrində soyuq silah sayıldığını deyib. Odur ki, evdə heyvan saxlayanlar, elə edin ki, son da nə it getsin, nə də ip.
İlahiyyatçı Tural İrfan isə “Sherg.az"a açıqlamasında deyib ki, islam dinində iki heyvan: donuz və it murdar hesab edilir:

“Şəriətimizdə it murdar sayılır. Onunla nəm halda təmasda olan hər şey, eləcə də, itin ağzının suyu dəyən hər yer murdar olur və paklanmağa ehtiyaclıdır. İt yalnız gözətçilik, müdafiə və ov kimi sahələrdə istifadə edilə bilər. Lakin bu hallarda da o, şəriət baxımından murdar olaraq qalır. Yuxarıdakı səbəblər üzündən it saxlayan şəxs bəzi qaydalara riayət etməlidir. Ən əsası isə budur ki, iti evdə saxlamaq olmaz, onu yalnız həyətdə, onun üçün ayrılmış sahədə saxlamaq olar. Bəzi şəxslər nə gözətçilik, nə müdafiə, nə də ov məqsədi olmadan, sadəcə, ekzotika xatirinə müxtəlif növ və fərqli ölçülərdə cins itlər saxlayır, onlara evin içində şərait yaradır, hətta iti öpür, onunla eyni yataqda yatırlar. Bütün bu hərəkətlər dinimiz baxımından yolverilməzdir. Peyğəmbərdən (s) nəql olunan hədisdə qeyd olunur ki, it olan evə və həyətə mələk girməz. Lakin evdən kənarda mal-qara saxlanan axırlarda, fermalarda qoruqçu kimi it saxlamağın eybi yoxdur. Tibbi-gigiyenik tərəfdən də itin tükündə, ifrazatında bir çox qorxunc xəstəliklərin olduğu sübut olunub. Təbii ki, evdə it saxlamaq müsəlman ənənəsində yoxdur, bu, Qərb adətidir. Lakin buna baxmayaraq, Qərbin özündə də artıq bir çox təşkilatlar tərəfindən bu ənənə tənqid edilməyə başlayıb. Həyətdə isə o zaman icazəlidir ki, ona toxunulmasın, onunla təmasda olunmasın. Hətta namaz qılan insanın üstündə itin ağzının suyu, tükü olarsa, onun namazı batil hesab edilir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət
İqtisadi Şuranın növbəti iclası oldu
18:27 13.10.2026
İqtisadiyyat
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub
18:12 13.10.2026
Siyasət
Ukrayna və Ermənistan arasında müzakirə aparıldı
17:47 13.10.2026
Dünya
Vaşinqton Kiyevə təzyiq edir, Brüssel Moskvanı sıxışdırır - TƏHLİL
17:44 13.10.2026
Dünya
Şavkat Mirziyoyev Azərbaycana səfər edəcək
17:40 13.10.2026
Gündəm
Qırğızıstan Prezidenti Azərbaycana işgüzar səfər edəcək
17:33 13.10.2026
Gündəm
Tramp Rusiyanı qızışdırdı, Ukraynanın itkiləri artacaq - ŞƏRH
17:26 13.10.2026
Gündəm
Günə enerjili başlamaq üçün 9 səhər vərdişi
17:16 13.10.2026
Sağlamlıq
Dövlət Baxçalı Kılıçdaroğlu ilə görüşüb
17:09 13.10.2026
Siyasət
QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir
17:02 13.10.2026
Aktual
Professor Tərlan Quliyev vəfat edib
16:50 13.10.2026
Elm və Təhsil
Asim Xudiyev UEFA-dan təyinat aldı
16:43 13.10.2026
İdman
Tramp İran rəhbərlərinin öldürülməsini səhv addım hesab edib
16:37 13.10.2026
Gündəm