“İnsanlar yasa “ştatlı” molla gətirmək anlayışından xilas olmalıdır"
“İnsanlar yasa “ştatlı” molla gətirmək anlayışından xilas olmalıdır"
Yusif Nəzərli
01:28 03.02.2022
Cəmiyyət
543
Ailədə, qohumlar arasında Quran oxumağı bacaran ağsaqqal və ya cavan insanlar varsa, bu işi onlara tapşırın
Millət vəkili Məlahət İbrahimqızı Azərbaycanda yas mərasimlərindəki qadın mollaların əksəriyyətinin cahil vəziyyətdə olduğunu söyləyib. Parlament üzvü deyib ki, Mənəvi Dəyərlərin Təbliği Fondunda olarkən Hacı Salman (QMİ sədrinin müavini - red) da bu məsələni gündəmə gətirib. Deputat vurğulayıb ki, qadın mollalar şeirdən, muğamdan mərsiyəyə tutmuş hər şey deyirlər. Amma Qurandan, hədisdən ağıllı bir söz demirlər:
“Hacı Salman dedi ki, buna nə Qafqaz Müsəlmanları İdarəsi, nə də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi heç nə edə bilmir, bu məsələ qanunla tənzimlənməlidir. Ona görə də həmkarlarımı bu məsələnin qanunla tənzimlənməsinə dəstək verməyə çağırıram”.
Tanınmış jurnalist, dini yazar Kənan Rövşənoğlu deyib ki, hər bir mövzuda əsas problem ad və ya anlayışlardan başlayır. Yazarın sözlərinə görə, hər bir məsələnin, problemin adı dəqiq olmalıdır:
“İslam dinində “məclis mollası” deyilən anlayış və ya iş yoxdur. “Din xadimi” anlayışı da olmayıb. Amma zamanla din biliciləri tədricən məscidlərdə namaz və digər dini vəzifələri icra etmək üçün sənədləşdirilib. Yəni bu, bir növ dövlət işi olub, din işi deyil. Din üçün işi bilən istənilən insan dini vəzifələri, namaz qıldırmaq, o cümlədən meyit basdırmaq, bayram namazı qıldırmaq və s. yerinə yetirə bilər. Amma dövlətlər üçün bu işləri yerinə yetirənlər “siyahıya alınmalı, cavabdehlik daşımalıdır” deyə zamanla bu anlayış meydana çıxıb. “Məclis mollası” və ya din xadiminin yas məclislərində başda oturub məclis aparması sovet dövründə, məscidlərin 90 faizdən çoxunun rəsmən bağlı olduğu dövrdə yaranıb. Din xadimləri heç olmasa yas mərasimlərində iştirak edib orada insanlara moizə etmək, dini xatırlatmaq üçün fürsət olaraq istifadə ediblər. Amma indi maşallah məscidlər var. Dini öyrənmək üçün kimsə yasdan istifadə etmir. Heç yasa gedən mollaların özləri də orada dini təbliğ etmirlər, daha çox ibrətamiz dini mövzulardan danışırlar”.
K.Rövşənoğlu vurğulayıb ki, savadlı din xadimləri yas mərasimlərində maraqlı söhbətlər edirlər. Amma bunu hamının etməsi mümkün deyil. Buna görə də nəticə etibarı ilə yas məclislərində arzuolunmaz mənzərə yaranır:
“İnsanlar yasa “ştatlı”, “attestasiyadan keçmiş” molla gətirim, başda oturub məclis aparsın” anlayışından xilas olmalıdır. Ailədə, qohumlar arasında Quran oxumağı bacaran ağsaqqal və ya cavan insanlar varsa, bu işi onlara tapşırın. O cümlədən qadın molla anlayışı da sonradan, xüsusən də son 20 ildə geniş yayılan bir "sənətə" çevrilib. Əlbəttə, kiminsə “çörəyinə bais olmaq” fikrində deyiləm, amma dediyim kimi, anlayışlar dəqiq olmalıdır. Məclis aparan adamlara, qadın və ya kişi olsun, “molla” deyil, ən yaxşı halda “məclis aparan” demək olar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual