"Kim nəzarətsiz qalırsa, oğurlamağa başlayır"
Yusif Nəzərli
08:51 11.02.2022
Cəmiyyət
1321
Fazil Mustafa: "Mütləq cəmiyyətdə cəzasızlığın olmadığını göstərən addımlar atılmalıdır"
2021-ci ildə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən ümumilikdə 144 nəzarət obyektində aparılmış tədbirlər nəticəsində 103,6 mln manat məbləğində artıq və əsassız ödənişlərə yol verilməsi aşkar edilib.
Maliyyə Nazirliyindən verilən məlumata görə, nəzarət tədbirlərindən 59-u Dövlət Maliyyə Nəzarəti Xidmətinin iş planına əsasən, 77-si Respublika Baş Prokurorluğunun və Dövlət Təhlükəsizlik Xidmətinin qərar və məktublarına, 8-i isə vətəndaş müraciətləri üzrə mərkəzi icra hakimiyyəti orqanlarında, onların tabeli qurumlarında, dövlətə məxsus hüquqi şəxslərdə və bələdiyyə orqanlarında aparılıb.
Həmin qurumların siyahısında XİN, ƏƏSMN, Mədəniyyət Nazirliyi və 3 icra hakimiyyəti orqanının da adı var.
Dövlət qurumlarında üzə çıxan maliyyə pozuntuları ilə bağlı “Şərq”ə danışan millət vəkili Fazil Mustafa qeyd edib ki, kim bir az nəzarətsiz qalırsa, oğurlamağa başlayır.
“Dövlət büdcəsindən oğurlayır və müxtəlif üsullarla bu prosesi davam etdirir. Pozuntular aşkara çıxarılır, ancaq ictimai nəzarətin güclü effekti yoxdur. Ona görə də idarəetmə mexanizmini dəyişmək lazımdır. Vəsaitlərin xəzinəyə daxil olması və dövlət büdcəsinin talan edilməməsi üçün işlər görülməlidir. Müxtəlif mexanizmlər düzgün işləməli, inhisarçılıq ortadan qalxmalıdır. Əks halda heç kimə nəzarət etmək mümkün olmayacaq.
Ayrı-ayrı imtiyazlı şəxslər üçün oğurlamaq adi hala çevrilir və buna qarşı immunitet yaratmaq mümkün olmur. Mədəniyyət Nazirliyində və Milli Təhlükəsizlik Nazirliyinin keçmiş rəhbərinin fəaliyyəti ilə bağlı görün nələr baş verir. Bunlar hamısı ciddi məsələlərdir. Mütləq cəmiyyətdə cəzasızlığın olmadığını göstərən addımlar atılmalıdır. Bu olmadıqca belə halların hər zaman yaşandığını görürük. Bu qanunsuzluqlar çox ciddi şəkildə araşdırılmalı və münasibət bildirilməlidir”.
Sənan İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rafinya Ronaldinyoya çatdı
13:07 04.11.2026
Futbol
Bakıda noyabrın 9-a qədər yağış yağacaq - XƏBƏRDARLIQ
12:55 04.11.2026
Ekologiya
NATO Rusiya ərazisinə zərbə endirə bilər
12:48 04.11.2026
Gündəm
Göygöldə yol qəzasında iki nəfər xəsarət alıb
12:27 04.11.2026
Hadisə
Dəfnə görə ödənilən müavinətin məbləği artırılır
12:10 04.11.2026
Aktual
AzTV 100 illik yubileyə həsr olunmuş çarx yayımlayıb - VİDEO
12:09 04.11.2026
Media
DSMF-nin növbəti il üçün gəlir və xərcləri açıqlanıb
11:57 04.11.2026
İqtisadiyyat
Azərbaycanın xalis maliyyə aktivləri 110 mlrd. manata çatıb
11:47 04.11.2026
İqtisadiyyat
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm