Komitə rəsmisi: "Məscidlər özəl torpaqda tikilsə də, özəl mülkiyyət ola bilməz"
08:52 16.12.2019
Cəmiyyət
676
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Azərbaycanda bəzi məscidlərinin fəaliyyətinin dayandırılması məsələsinə aydınlıq gətirib. Trend-in məlumatına görə, komitənin sədr müavini Səyavuş Heydərov jurnalistlərə deyib ki, müstəqilliyin ilk illərində bir sıra məbədlər, məscidlər uyğun olmayan ərazilərdə tikilib. Onun sözlərinə görə, bəzi məscidlər konkret olaraq təhlükəli zonalarda, bəziləri isə özəl torpaqlarda tikilib.
S.Heydərov vurğulayıb ki, məscidlər özəl torpaqda tikilsə də, özəl mülkiyyət ola bilməz.
Onun sözlərinə görə, bəzi məscidlər belə problem yaratdığına görə özəl torpaqlarda tikilən məscidlərlə bağlı o ərazinin sahiblərinə tövsiyə edilib ki, həmin torpaqlar məbədlərlə birgə bələdiyyələrin balansına verilməsin və özəl mülkiyyətdən çıxarılsın:
“Bu məsələdə qanunvericiliyin tələblərinə riayət olunacaq. Bəzi məscidlərin fəaliyyətinin müvəqqəti məhdudlaşdırılması da bununla bağlıdır".
Komitə sədrinin müavini əlavə edib ki, Azərbaycanda bütün dini məbədlərin fəaliyyətdə olması, onlara hər bir tərəfdən dövlət dəstəyinin göstərilməsi göz önündədir:
"Bütün dini məbədlər dövlət tərəfindən pulsuz qazla təmin olunub. Bu məbədlərin təmirinə böyük diqqət göstərilir. Ümumilikdə Azərbaycanda milli mənəvi, dini dəyərlərin qorunması üçün bir çox işlər görülür və bu siyasət bundan sonra da davam edəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Şamaxıda “Pirqulu Park” hotelinin açılışı olub
17:01 17.09.2026
Gündəm
Azərbaycan gücü ilə haqlı olduğunu sübut etdi - Azər Həsrət
16:53 17.09.2026
Gündəm
Goranboyda əkin sahəsində 22 yaşlı şəxsin meyiti tapıldı
16:42 17.09.2026
Hadisə
100 yaşdan yuxarı insanların sayı 100 mini keçdi - Rekord
16:39 17.09.2026
Maraqlı
Tom Barrak: Ərdoğan və Tramp Nyu-Yorkda görüşəcək
16:33 17.09.2026
Gündəm
Şavkat Mirziyoyev gələn ay Azərbaycana gələcək
16:18 17.09.2026
Gündəm
Ərdoğanın prezidentliyə namizədliyi sonuncu dəfə irəli sürüləcək
16:14 17.09.2026
Gündəm
Azərbaycanda DSK-lar yenidən formalaşdırılır
16:12 17.09.2026
Gündəm
Babiş: Qorxuram, dünya cəhənnəmin qapılarına yaxınlaşır
16:03 17.09.2026
Dünya
Şoyqu Ermənistana müdaxilə xəbərdarlığı etdi
15:57 17.09.2026
Dünya
Xalq artisti Şükufə Yusupova xəstəxanadan evə buraxılıb
14:45 17.09.2026
Mədəniyyət
Vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
14:25 17.09.2026
Sağlamlıq