Külli miqdarda pirotexniki vasitə ələ keçirildi - FOTOLAR
08:45 13.12.2019
Cəmiyyət
549
Külli miqdarda pirotexniki vasitənin realizə edilməsinin qarşısı alınıb. Bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib. Belə ki, Komitənin Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsinə ölkəmizin gömrük ərazisinə qanunsuz yolla külli miqdarda pirotexniki vasitənin gətirilməsi barədə məlumat daxil olub.
Külli miqdarda pirotexniki vasitənin Azərbaycan vətəndaşı İlqar Məmmədov tərəfindən əldə edilməsi, Bakı şəhərinin Nizami rayonu, Özbəkistan küçəsi 1 ünvanında yerləşən “Yeni Ev” MTK yaşayış kompleksinə aid yeraltı avtomobil dayanacağında saxlanılması və daşınması bildirilib.
Bu məlumat əsasında əməliyyat qrupu yaradılıb və sözügedən ünvandakı yeraltı avtomobil dayanacağına baxış keçirilib. Baxış zamanı, dayanacaqda “Toyota Land Cruiser” markalı, 90-LS-860 nömrə nişanlı minik avtomobilinin durduğu və İlqar Məmmədovun bir ədəd bağlamada olan pirotexniki məmulatı həmin nəqliyyat vasitəsinə yüklədiyi müəyyən edilib.
Daha sonra avtomobilə baxış zamanı nəqliyyat vasitəsinin arxa yük yerində olan bir ədəd bağlamada 144 ədəd “8 Shots color shots” markalı pirotexniki vasitə aşkar edilib.
Dayanacaqda olan qutularda isə ümumilikdə 114 min 789 ədəd müxtəlif markalı pirotexniki vasitələr aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya