"Mən Mübarizəm!" - Feysbukdakı yeni trendi şouya çevirmək olmaz - ŞƏRH
Turan
14:00 07.01.2020
Cəmiyyət
970
Bir neçə gündür Feysbukda maraqlı bir trend müşahidə olunmaqdadır. Sosial şəbəkə istifadəçiləri Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizi, qazilərimizi, o cümlədən mədəniyyət və incəsənət sahəsində tanınmış klassiklərimizi fərqli formada yenidən gündəmə gətirirlər.
Məsələn, hər hansı Feysbuk istifadəçi öz profilində yazır: “Mən Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovam. Torpaqlarımızın azadlığı uğrunda şəhid olmuşam. Məni unutmayın”.
Yaxud, “Mən Yaşar Nuriyəm. Azərbaycanın xalq artisti, tanınmış aktyoram. Məni unutmayın”. Statusla paralel həmin şəxslərin fotoları da paylaşılır.
Məlumat üçün bildirək ki, Türkiyənin sosial şəbəkələrində də buna bənzər metodlardan mütəmadi istifadə edilir. Ümumi xatırlatma baxımından bu cür trendlər Azərbaycan ictimaiyyətində müsbət qarşılansa da, kampaniya xarakteri almasına etiraz edənlər var. Narazı kəsimin fikrincə, bu cür məsələləri şouya çevirmək yolverilməzdir.
Feysbukda geniş yayılmış trendlə bağlı Sherg.az-a açıqlama verən tanınmış sosioloq Lalə Mehralı bildirib ki, ilk baxışdan bu kampaniyanı müsbət dəyərləndirmək olar.
Sosioloqun fikrincə, cox güman ki, bunu edənlərin niyyəti də yaxşıdır, məqsədləri dəyərli şəxslərimizi təbliğ etməkdir. Amma nəzərə almaq lazımdır ki, bu trend toplumda qəzəb, hiddət də yarada bilər:
“Daimi olaraq Yaşar Nurinin və başqalarının fotosunu görmək və eyni cümlələri oxumaq göz yora bilər. Əlbəttə, Yaşar Nuri böyük sənətkardır, korifeyimizdir. Eləcə də Mübariz İbrahimovun Azərbaycan üçün canından keçməsi, qəhrəmanlıqla şəhid olması əvəzolunmaz xidmətdir. Amma hamının öz səhifəsində eyni şeyi kütləvi paylaşması şoulaşma deməkdir. Şəxsən, mən belə düşünürəm. Hamı Mübariz İbrahimovun şəhid olma səbəbini bilir və onun ruhu qarşısında baş əyirik. Lakin hər yerindən duran şəxsin şəhidimizin fotosunu paylaşaraq simvolik də olsa “Mən Mübarizəm, məni unutmayın!” yazması, əslində şəhidlərə qarşı hörmətsizlik kimi dəyərləndirilməlidir. Şəhidlər onsuz da unudulmur. Onlar Feysbuk statusları və ya şüarlarla yaddaşlarda qalmır ki?!”.
L.Mehralının fikrincə, sosial şəbəkədə məktəblilər azdır:
“Yaxşı olar, şəhidlərimizin, qəhrəmanlarımızın və incəsənət adamlarının təbliğatı orta məktəblərdə, universitetlərdə aparılsın. Azyaşlılar məktəblərdə təhsil alarkən Mübarizin həyat yolunu bilməlidir. Təkcə M.İbrahimovun deyil, ümumiyyətlə Vətən uğrunda şəhid olmuş bütün qəhrəmanlara lazımi diqqət ayrılmalıdır. Hətta dərsliklərə salınması daha məqsədəuyğun olardı. Sosial şəbəkədə özümüz yazır, özümüz oxuyuruq, ona görə də effekti çox deyil. Amma yenə də pis addım kimi qiymətləndirmək istəməzdim. Çünki çoxlarının məqsədi, niyyəti xoşdur. Sadəcə daha effektli üsullardan istifadə etmək lazımdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə