“Müharibə uşaqlarının reabilitasiyası vacibdir”
Şəymən Bayramova
11:02 06.03.2020
Cəmiyyət
782
Azad İsazadə: “Onlar psixoloji travma, postdramatik sindrom yaşayırlar”
“Həmin uşaqların psixoloji müayinədən keçəndən sonra reabilitasiya məsələsi həll olunmalıdır”
İraq rəhbərliyi İŞİD tərkibində döyüşən azərbaycanlıların övladlarını Bakıya göndərib. İraq Xarici İşlər Nazirliyinin sözçüsü Ahmet es-Sahhaf yazılı açıqlamasında bildirib. Açıqlamada deyilir ki, İraqda İŞİD üzvlüyünə görə məhkum edilmiş, həbsxanada anaları ilə birlikdə qalan 82 uşaq Azərbaycana göndərilib.
Uşaqların bundan sonrakı aqibəti barədə "Sherg.az"a danışan psixoloq Azad İsazadənin sözlərinə görə, bu uşaqlar psixoloji müayinədən keçəndən sonra onların reabilitasiya məsələsi həll olunmalıdır:
"Müharibə görən uşaqlar istər- istəməz psixoloji travma alır, postdramatik sindrom yaşayırlar. Onların sivil cəmiyyətə adaptasiyası mühüm məsələdir. Ümumiyyətlə, psixologiyada "uşaq aləmi" deyilən bir anlayış var. Müharibə görən uşaqlar isə uşaqlara xas həyatı yaşamırlar. "Uşaq aləmi"nə görə uşaqların əsas işi oynamaqdır. İkinci işi bilik öyrənmək, üçüncüsü isə düzgün qidalanıb sağlam formalaşmaqdır. Ekstremal həyat tərzi yaşayan uşaqlar bu cür həyat tərzindən məhrum böyüyür. Psixoloji reabilitasiyanın məqsədi isə həmin uşaqlara onlara xas həyat tərzini bərpa etməkdir. Bu prosesi kimlər necə aparacaq o artıq sonrakı məsələdir. Hər psixoloqun özünün fərqli elmi və texniki yanaşması olur. Qarabağ müharibəsi zamanı biz qaçqın və məcburi köçkün düşərgələrində uşaqların reabilitasiyasını aparmışıq. 4-5 illik uzun bir müddət ərzində müəyyən nailiyyətlər əldə etmişdik. Düşünürəm ki, düzgün aparılan reabilitasiya tədbirləri ilə həmin uşaqların adaptasiyasına nail olmaq mümkündür".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət