Mütəxəssis toksiki zəhərlənməyə aydınlıq gətirdi
07:16 07.12.2019
Cəmiyyət
1605
Bir neçə gün öncə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli BDU-nun yataqxanasında tələbələrin zəhərlənməsinin səbəbinin qida mənşəli yox, toksiki zəhərlənmə olduğunu açıqlayıb.
Bəs toksiki zəhərlənmə nədir?
Toksiki zəhərlənmənin nə olduğu və necə baş verdiyi ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Elmi Tədqiqat və risklərin qiymətləndirilməsi şöbəsinin müdiri Ceyhun Əliyev bildirib ki, toksik maddələr orqanizmə müxtəlif yollarla daxil ola bilər:
“Ağız boşluğu, tənəffüs yolları, dəri, selikli qişalar vasitəsilə. Ən çox zəhərlənmə toksik maddənin orqanizmə ağız boşluğu vasitəsilə düşməsi nəticəsində baş verir. Bu yol məişət zəhərlənmələri üçün xarakterikdir.
Tənəffüs yolları vasitəsilə orqanizmə ətraf havadan qaz, buxar və toz şəklində olan maddələr çox asanlıqla daxil olurlar. Tənəffüs yolları ilə göstərilən maddələrlə zəhərlənmə havası kifayət qədər dəyişdirilməyən, qapalı yerlərdə baş verir”.
“Həmin yolla orqanizmə daxil olan karbon 2-oksid, kimyəvi məişət malları və digər maddələrlə zəhərlənmələr məişətdə də ola bilər. Dəri toksiki maddənin orqanizmə düşmə yollarından biri hesab olunur.
Toksiki maddənin insan orqanizminə təsirindən asılı olaraq, bir neçə intoksikasiya növü vardır. Bunlara kəskin, yarımkəskin, şiddətli kəskin və xroniki intoksikasiya aid edilir”, - deyə C.Əliyev qeyd edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya