Nazir həyəcan təbili çaldı: Su ehtiyatımız azalır
07:55 04.12.2019
Cəmiyyət
558
Hazırda Azərbaycanda kənd təsərrüfatı sahəsində su çatışmazlığı müşahidə olunur.
Report xəbər verir ki, bunu Ekologiya və Təbii sərvətlər naziri Muxtar Babayev İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələrin kənd təsərrüfatı nazirlərinin Bakıda keçirilən VI toplantısında deyib.
Onun sözlərinə görə, qlobal iqlim dəyişikliyi kontekstində dayanıqlı antropogen risklər var.
“Əminəm ki, bu tərəfdaşlıq ətraf mühitin qorunmasına da təsirsiz ötüşməyəcək. Biz anomal hidrometeoroloji hadisələrə hazır olmalıyıq. Artıq bu səpkidə ölkəmizdə bir sıra çətinliklər müşahidə olunur. Kənd təsərrüfatı məhsullarının yetişdirilməsi su tələb edir. Ölkəmizdə olan çayların 70%-i su mənbəyi hesab olunur. İqlim dəyişikliyinə əsasən, su resurslarımız 15% azalıb və 2050-ci ilə kimi hələ 15% də azalması proqnozlaşdırılır. Hazırda Xəzər dənizində və çaylarda su səviyyəsinin azalması müşahidə olunur. Bir sözlə, ölkədə kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün su çatışmazlığı müşahidə olunur. Kənd təsərrüfatı nazirliyi ilə birgə fermerlərə dəstək üçün “Kənddən Şəhərə” layihəsinin icrasına başlanılıb, arıçılığın inkişafı üçün nektar ağacları əkilib, bundan başqa, mütəmadi olaraq ağacəkmə kampaniyaları keçirilir. Biz müsbət həllərin axtarılmasına davam edəcəyik”, - nazir qeyd edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya