Nənənin ərinin dostu ilə qaçmasının təfərrüatı: Bir-birinə “bacı-qardaş” deyirmişlər
10:00 20.02.2020
Cəmiyyət
673
İsmayıllıda iki uşaq anasının ərinin yaxın dostu ilə qaçması barədə xəbər vermişdik. Publika.az ailəyə yaxın olan, adının açıqlanmasını istəməyən mənbədən hadisə ilə bağlı ətraflı məlumat əldə edib. Mənbənin verdiyi məlumata görə, dörd il əvvələ kimi M.H.-nın əri və onun ailə üzvləri ilə münasibətləri normal olub.
Dörd il öncə onun həyat yoldaşı, baldızları və ailənin digər üzvləri ilə münaqişələri başlayıb.
Mənbə bildirib ki, M.H. ailəsi ilə birgə İsmayıllı şəhərində yaşayıb. Fevralın 12-də ailəvi dost olduqları Talıstan kənd sakini Raqub adlı şəxslə qaçıb.
“Qadın keçən ilin avqustunda ərindən boşanmaq üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edib. Səbəb kimi də həyat yoldaşı tərəfindən döyülməsini göstərib. Ancaq əri qadının dediklərini təkzib edib. Məhkəmə barışıq üçün onlara üç ay vaxt verib.
Xanım məhkəmənin verdiyi vaxtı gözləməyib, ayrılmaq istəyib. Qadının əri boşanma zamanı əmlakın yarı bölünəcəyinə razılıq da verib. Qadın isə əmlak istəmədiyini deyərək, ərizə yazıb və boşanmaq istədiyini bildirib”.
Mənbənin sözlərinə görə, qadının ailəsi ilə Raqubun ailəsi dost olub:
“Hətta həmin şəxs bir neçə dəfə qaçan xanımın qayınanasıgilin evinə də gəlib. Onlar bir-birinə “bacı-qardaş” deyirmiş. M.H.-nın qızı deyib ki, Raqub onların evinə gəlib-gedəndən sonra həmişə evlərində dava düşüb.
Raqubun da iki qızı, bir oğlu var. Həyat yoldaşının da 50 yaşı var. Qaçan xanımın bacısı və qızı Talıstan kəndinə gediblər və M.H.-nın kənddə Raqubun evində olduğunu görüblər”.
Ailəyə yaxın mənbə bildirib ki, qaçan qadının əri və ailəsi geri qayıdarsa, heç bir halda qadını qəbul etməyəcəklər:
“M.H.-nın əri ailə qurmaq istəyir və evlənməyə qadın axtarır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region