NONSENS! - Boşanmalar artır:“İnsanların stressə dözümü yoxdur”
Yusif Nəzərli
15:37 16.02.2022
Cəmiyyət
1317
2021-ci il ərzində ölkədə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 56 314 nikah və 17 191 boşanma halı qeydə alınıb.
Oxu.Az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, əhalinin hər 1 000 nəfərinə nikahların sayı 2020-ci ilə nisbətən 60 faiz artaraq 5,6 olub.
Boşanma səviyyəsi isə 13,3 faiz artaraq 1,7 təşkil edib.
Nikah səviyyəsi Bakı şəhərində (6,2), Şəki-Zaqatala (6,1), Dağlıq Şirvan, Qarabağ və Quba-Xaçmaz (5,9) iqtisadi rayonlarında və Naxçıvan Muxtar Respublikasında (5,8), boşanma səviyyəsi isə Bakı şəhərində (2,3), Abşeron-Xızı, Gəncə-Daşkəsən və Şərqi Zəngəzur (2), Qarabağ (1,8) iqtisadi rayonlarında ölkə göstəricilərindən yüksək olub.
Dünyanı sevgi qurtaracaq deyirlər. Lakin son zamanlar insanların bir-birinə məhəbbətinin azaldığı müşahidə olunur, hətta boşanma ilə nəticələnir. Hər il artan ayrılıqların səbəbi müxtəlifdir. Maddi və mənəvi boşluqlar, cütlüklər arasında fərqlilik, anlaşılmazlıq, psixoloji təzyiq, aqressiya və s. məsələlər bu cəhətdən problem yaradır.
Mövzu ilə bağlı "Sherg.az"a açıqlama verən psixoloq Mədinə Rəsulova boşanmaların səbəblərini izah edib:
"Bir çox faktorlar boşanmalara səbəb olur. Ölkəmizdəki insanların stressə dözümlülüyü aşağı səviyyədədir. Bu da, boşanmalarda özünü büruzə verir. Ər-arvad arasındakı münasibət ilk 2 il çox yaxşı keçir. Çünki "aşiqlik" dediyimiz mərhələ var ki, o zaman problemlər meydana gəlmir. 2 il keçəndən sonra individual olaraq şəxslərin ehtiyacları üzə çıxır və qarşı tərəf də bunları ödəyə bilmir. Tələbatlar qarşılanmadıqda artıq soyuma yaranır. "Mənim adamım deyil", "Bir-birimizi başa düşmürük", "Məni anlamır" kimi fikirlər yaranır".
Psixoloq münasibətlərin davamlılığını sürdürən nüanslardan bəhs edib:
"Ortaq olan sevinclər, fikirlər, maraqlar və söhbətlər əlaqələri gücləndirir. Dərdlər də aradakı bağlılığı artırır. Ortaq problemlər olanda hərə öz tərəfinə çəkilə bilmir, fikir fərqliliyi olmur, inciklik qalmır. Ona görə də, münasibətlər başlayan gündən qarşı tərəflə olan ortaq nöqtələri müəyyənləşdirmək və onları dəyərləndirmək lazımdır".
Cəmilə ƏZİM
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou
Xırdalanda itkin düşən 12 yaşlı qız tapılıb - YENİLƏNİB
04:19 04.11.2026
Hadisə
Türkiyədə narkotik vasitələri təbliğ edən 19 nəfər saxlanılıb
02:50 04.11.2026
Region
Lamin Yamal Mbappenin rekordunu qırdı
01:21 04.11.2026
Futbol