Pişik sahibi olan tələbələr, olmayanlara nisbətən daha yüksək not alır - Alimlərin araşdırması
14:10 18.02.2020
Cəmiyyət
701
Pişik sahibi olmağın həm bədənə, həm də ruha olan faydalarını bilirdinizmi? Mütəxəssislərə görə, pişik saxlamaq təkliyə və depresiv ruh halına yaxşı təsir edir. Ayrıca uşaqların ictimai ünsiyyətinə təkan verir və empati və məsuliyyət duyğularını artırır. Belə ki, pişik saxlayan adamların infarkt keçirmə ehtimalı, saxlamayanlara nisbətən daha azdır.
Elmi işlərin bunu bir daha sübut etdiyini vurğulayan Uzman psixoloq Dilara Aloğlu, "Pişiklər insanlar üçün həm ruhi, həm də fiziki baxımdan fayda verən heyvanlardır. Bəzi araşdırmalar pişik saxlayan kəslərin infarkt keçirmə ehtimallarının saxlamayanlara görə daha az olduğunu ortaya qoyub.
Məsələn, Minnesota Universitetində aparılan araşdırmalara görə, pişik sahibi olmayanlar, evlərində pişik saxlayanlarla müqayisədə ürək və damar xəstəliklərindən qaynaqlanan ölümlərə yüzdə 40 faiz nisbətində daha çox meyllidir. Buffalodakı Nyu - York Universitetində aparılan araşdırmalar isə, pişik sahiblərinin digərlərinə görə daha aşağı təzyiqə sahib olduğunu ortaya çıxarıb. Eyni zamanda ev heyvanları tək yaşayan insanlara yoldaşlıq və məsuliyyət sahibi olmaları mövzusunda son dərəcə yardımçı olur.
Uşaqların ruhunu qidalandırır, immunitetini gücləndirir
Evdə pişik saxlamağın uşağın inkişafı və ruhi sağlamlığı baxımından da əhəmiyyətli təsirləri olduğunu qeyd edən Aloğlu, "Uşaqlar üçün ev heyvanı saxlamaq onların ictimai ünsiyyətini, empati və məsuliyyət duyğularını artırmaqdadır. Pişiklərlə böyüyən uşaqların tez sosiallaşdığı və xüsusilə tək uşaqların paylaşmağı öyrəndiyi “ deyə bildirir.
Amerika Milli Allergiya və Yoluxucu Xəstəliklər təşkilatında vəzifə yerinə yetirən Dr. Marshall Plaut, erkən yaşlarda ev heyvanları ilə təmasla böyümənin irəlidəki dövrlərdə immunitet sistemini gücləndirdiyini və tez-tez rast gəlinən allergiyaları ciddi nisbətdə azaltdığını vurğulayır.
Pişiklərin xüsusilə tək yaşayanların həyata bağladığını və ev içərisində onlara yoldaş olduğunu qeyd edən Dilara Aloğlu, "Pişik, depressiyada olan kəslərin həyatdan kef almalarına səbəb ola bilir. Bir pişiyin sizə yoldaşlıq etməsi, özünü sevdirməsi və davamlı yanınızda vaxt keçirməsi sizin özünüzü yaxşı hiss etmənizə səbəb olar. Araşdırmaların nəticələrinə görə, bir çox psixoloji narahatlığın təklik nəticəsində ortaya çıxdığı məlum olur. Ona görə günün sonunda evə gəldiyiniz zaman pişiyinizlə vaxt keçirmək əhvalınızı yüksəldəcək" deyir.
Bir çox araşdırmalara görə, heyvan sevgisinin insana yaxşı təsir etdiyini bildirən psixoloq Dilara Aloğlu bunları qeyd edir:
"Bristol Universitetində aparılan araşdırmalara görə, pişik sahibi olan insanların universitet bitirmə nisbəti it sahibi olmaylara nəzərən daha yüksəkdir. Bənzər şəkildə 2014-cü ildə Visconsində aparılan araşdırmaya görə, pişik sahibi olan universitet tələbələrinin, olmayanlara nisbətən daha yüksək not aldıqları ortaya çıxmışdır.
Nəticə olaraq hər evdə bir ev heyvanın olması, həm uşaqların inkişafı baxımından, həm də fiziki və ruhi narahatlıqlar baxımından qoruyucu bir faktor olacaq" deyə bildirilir”.
Turan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Beşiktaş”da Sergen Yalçın dönəmi ikinci dəfə başa çatdı
19:10 18.05.2026
Futbol
Türkiyədə restorana silahlı hücumda 4 nəfər ölüb
19:02 18.05.2026
Hadisə
“8 illik əzab bitdi” - Şakira vergi işi üzrə tam bəraət aldı
18:30 18.05.2026
Şou
Kobaxidze Azərbaycana təşəkkür etdi
18:18 18.05.2026
Gündəm
Paşinyan qadına qışqırdı: “Bura gəl, bir dəqiqə, getmə!"
18:09 18.05.2026
Gündəm
Hantavirusa qarşı təcili peyvənd hazırlanır
18:02 18.05.2026
Sağlamlıq
Bütün millətlərdən istifadə etməliyik - Pezeşkian
17:50 18.05.2026
Region
Prokuror Rüfət Səfərova cəza istədi
17:49 18.05.2026
Ölkə
AzTV əməkdaşları planetin ən aqressiv qəbiləsində - VİDEO
17:09 18.05.2026
Cəmiyyət
Paşinyanı hədələyənlərə qarşı cinayət işi açıldı
17:06 18.05.2026
Gündəm
Azərbaycan dili fənni üzrə imtahanın nəticələri elan olundu
16:23 18.05.2026
Elm və Təhsil
Sərgən Yalçın "Beşiktaş"dan getdi
16:17 18.05.2026
Futbol
Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri ilə görüşü oldu
15:55 18.05.2026
Gündəm
May ayı artıq əvvəlki may deyil - EKSPERTLƏRİN RƏYİ
15:46 18.05.2026
Ekologiya
DİM məlumat yaydı: Dünənki imtahan təkrar keçiriləcək!
15:34 18.05.2026
Elm və Təhsil