Plastik su qablarını təkrar istifadə edəndə nə baş verir? - TƏHLÜKƏ
18:11 26.01.2020
Cəmiyyət
555
Mağazadan alınan su qabları boşalandan sonra onlara yenidən su doldurub istifadə edənlər çoxdur. Lakin mütəxəssislər qəti şəkildə bunu etməyi məsləhət görmürlər.
"Sherg.az" e-tibb.az-a istinadən xəbər verir ki, elmi araşdırmalara görə, plastik qablardan təkrar istifadə norovirus kimi bir çox təhlükəli bakteriya və infeksiyaların inkişafı üçün əlverişli zəmin yaradır. Bəzi insanlar plastik su qablarını yumaqla mikrobların təmizləndiyini düşünürlər. Amma belə deyil. Kanadalı alimlər bununla bağlı apardıqları arşdırma zamanı müəyyən ediblər ki, bakteriyalar hər istifadə zamanı daha da çoxalır.
Müayinə üçün xeyli sayda plastik su qabı götürülüb, məktəblilər həmin qablardan istifadə ediblər. Nəticələr təəccüblü olub: həmin qabların yarıdan çoxu istifadə üçün uyğun olmayıb. Onlarda olan bakteriyaların sayının normadan xeyli yüksək olduğu qeyd edilib.
Bunun səbəbi, qabın otaq temperaturunda uzun müddət qalması göstərilib. Çünki istidə mikroblar daha da çoxalır. Başqa bir sınaqda, bir həftə ərzində təkrar istifadə olunan plastik su qablarının qapaqları götürülüb. Nəticədə nümunələrin hər birində bakteriya aşkarlanıb.
Qeyd olunub ki, bu qablardan su içmək zəhərlənmə kimi simptomlara və bəzi hallarda həzmin pozulmasına və qusmaya da səbəb ola bilir.
Plastik su qablarının yuyucu vasitələrlə yuyulması bir müddət mikrobların inkişafına mane ola bilər, ancaq qabın içini tamamilə təmizləmək çox problemlidir, çünki bəzi bakteriyalar elə orada qalır.
Bundan əlavə, tez-tez yumaq, xüsusən isti suda bunu etmək kimyəvi elementlərin təsirini daha da ağırlaşdıracaq.
Mütəxəssislərin fikrincə, yalnız şüşə və metal qablar təkrarən istifadə edilə bilər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət