Polis leytenantından İBRƏTAMİZ ADDIM: "Oğlu ilə yanaşı 4 azyaşlını..." - Fotolar
Yusif Nəzərli
13:04 27.01.2020
Cəmiyyət
9212
Daxili İşlər Nazirliyinin əməkdaşı, polis leytenantı Sofuyev Tural Alı oğlu ibrətamiz addım atıb.
“Sherg.az”ın əldə etdiyi məlumata görə, daim xeyriyyəçi və əməlisaleh davranışları ilə seçilən DİN əməkdaşı 2020-ci ilin 19 yanvarında 1 yaşlı oğlu Sofuyev Məhəmmədə sünnət toyu edib.
Mərasim qonaqlarda sentimental hisslər doğuran məqamlarla yadda qalıb. Cənab leytenant toya “Ümid evi” körpələr evində məskunlaşmış 4 azyaşlını –Mərhəmət, Hacı, Novruz və Yusifi- dəvət edib. Məhəmmədlə yanaşı əziz-xələf qonaqlar da toy qiyafəsi geyinərək, bəylik kürsüsünə əyləşiblər.
Bu körpələri öz övladlarından fərqləndirməyən leytenant mərasim boyu onları əyləndirib. Yaranmış mənzərədən duyğulanan, təsirlənən başqa qonaqlar da Məhəmmədlə yanaşı, digər səbəbkarlara diqqət, qayğı göstəriblər.
Onları rəqsə dəvət edib, əyləndiriblər və sonra xatirə fotoları çəkdiriblər. Qeyd edək ki, cənab leytenant sığınacaq sakinlərinin sünnət əməliyyatını öz üzərinə götürüb.
Onlar bu həftənin cümə axşamı günü “Topçubaşov” adına xəstəxanada sünnət əməliyyatı ediləcəklər.
Qeyd edək ki, Sofuyev Tural ailəlidir, iki övladı – bir qız, bir oğlu var.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət