Psixoloq əhalini panikaya düşməməyə çağırıb
Şəymən Bayramova
08:15 05.03.2020
Cəmiyyət
838
"Hadisələrə müəyyən qədər dözümlü yanaşmaq, soyuqqanlı olmaq və problemin aradan qaldırılması istiqamətində tədbirlərin aparılması lazımdır"
İlk dəfə Çində qeydə alınan və qısa zaman ərzində dünyanı ağuşuna alan koronavirus təhlükəsi bir sıra ölkələri həyəcan təbili çalmağa, profilaktik işlər görməyə məcbur edib. Bu epidemiyanın yayılmasının yaratdığı narahatlıqla əlaqədar bir çox beynəlxalq tədbirlər təxirə salınıb. O cümlədən də ölkəmizdə koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin, yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi istiqamətində mühüm addımlar atılır. Lakin gigiyenik mühafizəkarlıq, dezinfeksiya işlərinə tələbatın artırılması ilə bağlı çağırışlar çoxlarını təşvişə salıb. Halbuki profilaktik işlərin aparılması normal prosedurdur.
Yarana biləcək hansısa təhlükənin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər əvvəlcədən görülməlidir. Xəstəlik olsa da, olmasa da, hər bir insan özünün tibbi və psixoloji profilaktikasını etməlidir. Sadəcə, bu virus dünyada geniş yayıldığı üçün şişirtməyə meyilliyik. Elə psixoloqlar da yoluxucu xəstəliklərin tarix boyu insanlar üçün ən vacib qorxu mənbəyindən biri olduğu qənaətindədir.
Çindən yayılan koronavirusun psixoloji təsirləri barədə xəbərdarlıq edən psixoloq Elnur Rüstəmov əhalini panikaya düşməməyə çağırıb. Təşvişin çaxnaşmaya səbəb olduğunu vurğulayan psixoloq işbazların da bundan istifadə ehtimalına diqqət çəkib:
"Həkimlər müxtəlif müalicə üsulları təklif edir. Digər tərəfdən apteklərdə qoruyucu maskalarla bağlı problemlər və süni qiymət artımı meydana gəlib. Bu kimi neqativ hallar prosesə qarşı obyektiv şəkildə tədbirli olmağa imkan vermir. Virus haqqında ancaq mütəxəssis danışa bilər. İnsanlar arasındakı fikir müxtəlifliyi profilaktik tədbirlər görməyə mane olan həyəcan, təşviş, etimadsızlıq yaradır. Nəticədə cəmiyyətdə neqativ hallara yol açılır. Belə olan təqdirdə koronavirusla bağlı tədbirlər görən qurumların işinə müdaxilə etmiş oluruq. Odur ki, hadisələrə müəyyən qədər dözümlü yanaşmaq, soyuqqanlı olmaq və problemin aradan qaldırılması istiqamətində tədbirlərin aparılması lazımdır”.
Ekspert bildirib ki, qorxu və təşviş istənilən xəstəliklə mübarizədə immun sistemini zəiflədir:
“Əlbəttə ki, qorxu hissi xəstəliklə mübarizədə mənfi təsir göstərir. Ümumiyyətlə, istənilən xəstəliyin sağalmasında psixoloji hazırlıq, dözümlülük və müqavimət çox vacibdir. Psixoloji müqavimət nə qədər güclü olarsa, xəstəlik mümkün qədər tez sağalacaq. Qızdırma və soyuqdəyməsi olan insanların bəziləri xəstəliyi yataq şəraitində, bəziləri isə ayaqüstə keçirir. Bu və ya digər xəstəliyə qarşı dözümlülük hər kəsdə müxtəlifdir. İstənilən fizioloji xəstəliyin sağalmasında psixoloji müqavimət və dayanıqlılıq çox vacib rol oynayır".
Psixoloqun fikrincə, xəstəlik, epidemiya, müharibə şəraiti və ya ekstermal vəziyyətdən asılı olmayaraq, güclü iradə və psixoloji müvazinətin qorunub saxlanması probleminin həllində böyük rol oynayır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsveçrədə yüngül təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
20:53 16.09.2026
Dünya
Azərbaycan səfiri Lavrovun müavini ilə görüşüb
20:38 16.09.2026
Gündəm
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
20:28 16.09.2026
Dünya
Uşaqlar yatmazdan əvvəl ekrandan uzaq tutulmalıdır
20:21 16.09.2026
Sağlamlıq
Fransada yanacaq təchizatında problemlər yaranıb
19:50 16.09.2026
Dünya
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə