“Qəhrəmanlıq dastanı” adı altında anım tədbiri keçirilib
11:00 22.01.2020
Cəmiyyət
543
Bakı şəhərində 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş “Qəhrəmanlıq dastanı” adı altında anım tədbiri keçirilib.
Əvvəl Azərbaycanın himni səsləndirildi, daha sonra şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
“20 yanvar” cəmiyyətinin sədri Soltan Əzimzadə 30 il öncə baş vermiş 20 Yanvar hadisələri barədə ətraflı məlumat verərək bildirdi ki, 30 il bundan əvvəl sovet ordusunun öz azadlığını tələb edən və haqq səsini ucaldan Azərbaycan xalqına qarşı ağır texnikadan və odlu silahlardan istifadə etməsi tarixdə bəşəriyyətə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktı kimi yazıldı.
Tədbirdə iştirak edən Qarabag qazisi Rey Kərimoglu, “Xocalı Soyqırımını Tanıtım” İctimai Birliyinin sədri Şamil Sabiroglu, Rusiyada yaşayan soydaşlarımız çıxışlarında qeyd etdilər ki, 1990- cı ilin dəhşətli yanvar gecəsində sovet ordusu tərəfindən dinc əhaliyə qarşı terror aktı törədilib, və bunun nəticəsində140-dan çox insan qətlə yetirilib, 700-dən artıq insan yaralanıb, lakin bu qanlı çinayət xalqımızın öz azadlığı və suverenliyi uğrunda apardığı mübarizəni dayandıra bilmədi və Azərbaycan dövlət müstəqilliyinə qovuşdu.
Tədbir iştirakçıları 20 Yanvar şəhidlərini unutmadıqlarını, onların əziz xatirələrini daim dərin ehtiramla yad edəcəklərəni söylədilər.
Tanınmış telejurnalist və qiraətci Şəmistan Əlizamanlı qanlı yanvar gecəsini törədənlərə qarşı hiddət dolu şeirləri və vətənpərvərlik mövzusunda ifa etdiyi mahnıları ilə tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılandı.
Müğənni İntiqam Kərimovun, “Fərqli” , “Vətənpərvərlər “ və “ Cahanın naxışları” qruplarının bir birindən gözəl ifaları 20 Yanvar günü Qəhrəmanlıq səlnaməsi yazmış şəhidlərimizə həsr olundu.
“DJB.az” saytının rəhbəri Almaz İlahənin çıxışı və məktəblilərin ifasındakı şeirlər tədbir iştirakçılarını kövrəltdi.
Sonda, toplantı iştirakçıları 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş tədbirin təşkilatçıları Fərahim Sadiqə və Azər Əsgərova, eləcə də, tədbirə dəstək göstərən Əhmədov Rza Salman ogluna minnətdarlıqlarını bildirdilər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi