Qidaların son aqibəti ilə heç kim maraqlanmır
Fidan Həmişəyeva
08:21 24.04.2021
Cəmiyyət
794
"Hər gün tonlarla qida məhsulunun vaxtı keçir"
"Heç bir məhsul məhv olmur, bir şəkildən digərinə çevrilir"
Lənkəranda fəaliyyət göstərən marketdə istehlak üçün yararsız qida məhsulları aşkar edilib. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən rayonun Şürük kəndində yerləşən, Vahabov Səlim Fazil oğluna məxsus “Şürük” marketdə yoxlama keçirilib.
Yoxlama zamanı marketdə istifadə müddəti bitmiş kolbasa, yumurta və duz məhsulu aşkar edilib. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.
Baş verənləri “Şərq”ə dəyərləndirən Azad İstehlakçılar İctimai Birliyinin (AİİB) sədri Eyyub Hüseynov bildirib ki, ölkəmizdə təhlükəli məhsulların satılması ilə bağlı faktlar var:
“İllər boyu murdar və xəstə heyvan ətlərinin şəhərə daşınması, restoranlar, uşaq bağçaları və s. verilməsinin qarşısını almaq istəyirik. Bu sahədə ən effektiv işi Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi görür. Lakin DİN bu sahədə qanunsuzluq edən şəxsləri həbs etsə də, məhkəmə orqanları nəyinsə naminsə həmin şəxsləri azadlığa buraxırlar. AİİB olaraq belə məhkəmələri ifşa etməyə hazırıq”.
E.Hüseynov söyləyib ki, vaxtı keçmiş qidaların satılması qanunla qadağandır:
“Lakin soruşaq görək vaxtı keçmiş qidaların son aqibəti necə olur? Hər gün tonlarla qida məhsulunun vaxtı keçir. Dövlətin bu sahədə qanunvericiliyi mükəmməl deyil. Alqoritm belədir, dövlət orqanları və yaxud sahibkar özü bunu müəyyən edir, satışdan çıxarır və malı ona göndərən şirkətə qaytarır. Şirkət isə sanki Lomonosovun maddə kütləsinin saxlanması qanununu əsas tutur, heç bir məhsul məhv olmur, bir şəkildən digərinə çevrilir. Məsələn, məhsulun üzərindəki etiketi dəyişdirib, yenidən satışa göndərir. Ona görə də həmişə təklif etmişik ki, bu sahəyə ciddi nəzarət edən bir MMC yaradılmalı və dövlət orqanları ilə çalışmalıdır. Belə qidaları yığıb məhv etmək lazımdır.
Vaxtı keçmiş qidaların müəyyən edilməsi üçün müvafiq proqram var. Həmin proqram satış şəbəkələrinə yüklənməlidir. Bu proqramla skaner vaxtı keçmiş qidaları müəyyən edir.
Məlumatlar isə AQTA-nın serverinə daxil olur. Beləliklə, AQTA açanda görür ki, neçə mal vaxtı keçdiyi üçün satışa buraxılmayıb. Buyursunlar proqramı tətbiq etsinlər. AİİB təmənnasız olaraq bu işi satış şəbəkələrinə qurdurmağa hazırdır. Lakin satıcılara və bizneslə məşğul olan dövlət qurumlarına sərf etmədikləri üçün belə addım atmırlar. Ona görə də vaxtı keçmiş qidaları əhaliyə sırıyırlar. Nəticəsi isə klinikalarda növbəyə durmağımız və dərman biznesinə dəstək verməyimiz olur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət
İqtisadi Şuranın növbəti iclası oldu
18:27 13.10.2026
İqtisadiyyat
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub
18:12 13.10.2026
Siyasət
Ukrayna və Ermənistan arasında müzakirə aparıldı
17:47 13.10.2026
Dünya
Vaşinqton Kiyevə təzyiq edir, Brüssel Moskvanı sıxışdırır - TƏHLİL
17:44 13.10.2026
Dünya
Şavkat Mirziyoyev Azərbaycana səfər edəcək
17:40 13.10.2026
Gündəm
Qırğızıstan Prezidenti Azərbaycana işgüzar səfər edəcək
17:33 13.10.2026
Gündəm
Tramp Rusiyanı qızışdırdı, Ukraynanın itkiləri artacaq - ŞƏRH
17:26 13.10.2026
Gündəm
Günə enerjili başlamaq üçün 9 səhər vərdişi
17:16 13.10.2026
Sağlamlıq
Dövlət Baxçalı Kılıçdaroğlu ilə görüşüb
17:09 13.10.2026
Siyasət
QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir
17:02 13.10.2026
Aktual
Professor Tərlan Quliyev vəfat edib
16:50 13.10.2026
Elm və Təhsil
Asim Xudiyev UEFA-dan təyinat aldı
16:43 13.10.2026
İdman
Tramp İran rəhbərlərinin öldürülməsini səhv addım hesab edib
16:37 13.10.2026
Gündəm