“Şahdağ”da qiymətlər 15 faiz endirilib - RƏSMİ
13:06 14.12.2019
Cəmiyyət
567
Qonaqların şərhlərini hər zaman nəzarə alırıq. Bunun üçün qiymət strategiyasında optimallaşdırma həyata keçirdik. Ötən illə müqayisədə, bu il əyləncə xidmətlərində və restoranlarda qiymətlər 15 faiz endirilib.
Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında “Şahdağ” Turizm Mərkəzinin sədri Rodderich Leffier bildirib.
Onun sözlərinə görə, həm yerli, həm də xarici turistlərin qış turizminə marağının artdığı müşahidə olunur:
“Dövlət Turizm Agentliyi yalnız Quba, Qusarda deyil, bütün ölkədə turizmin inkişafı üçün böyük işlər görür. Çox sevinirik ki, qış mövsümü üçün xidmətlərin sırasına əlavə xidmətlər, məsələn, “avtoxizək” xidməti əlavə etmişik.
Biz bu gün son altı ildə ilk dəfə olaraq, altı sürüşmə zolağının hamısını aktiv etmişik. Bu, əvvəlki illərdə havanın temperaturuna görə mümkün olmamışdı”.
Sədr bildirib ki, yeni əyləncələr hesabına ötən illərlə müqayisədə, yaxın həftələrdə “Şahdağ”a gələn turistlərin sayında beş faizə yaxın artım olacağı gözlənilir:
“Bizim üçün turistlərin təhlükəsizliyi çox önəmlidir. Müxtəlif fövqəladə hallar üzrə proqramımız, treninqlərdən keçmiş peşəkar işçilərimiz var. Yeddi gün, 24 saat çalışan klinikamız var. Bu klinikada yalnız təməl ehtiyaclar ödənilmir. Burada hətta cərrahiyyə əməliyyatı aparmaq mümkündür. Onu da qeyd edim ki, xizək sürmək üçün keçid kartları alınan zaman artıq turistlər sığortalanır”.
R.Leffier Azərbaycanda qış idmanlarının populyarlaşmasından da danışıb:
“Şahdağ”a yerli turistlər daha çox gəlir. Qonşu ölkələrdən də turistlər gəlir. Rusiya, Qazaxıstan və digər yaxın ölkələrdən buraya turistlər gəlirlər. Daha sonrakı yerləri isə Avropa ölkələri tutur. Hazırda mərkəzin 300-dən artıq qarlandırma avadanlıqları var və bütün xizək zolaqları bu avadanlıqlarla əhatə olunub”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Şamaxıda “Pirqulu Park” hotelinin açılışı olub
17:01 17.09.2026
Gündəm
Azərbaycan gücü ilə haqlı olduğunu sübut etdi - Azər Həsrət
16:53 17.09.2026
Gündəm
Goranboyda əkin sahəsində 22 yaşlı şəxsin meyiti tapıldı
16:42 17.09.2026
Hadisə
100 yaşdan yuxarı insanların sayı 100 mini keçdi - Rekord
16:39 17.09.2026
Maraqlı
Tom Barrak: Ərdoğan və Tramp Nyu-Yorkda görüşəcək
16:33 17.09.2026
Gündəm
Şavkat Mirziyoyev gələn ay Azərbaycana gələcək
16:18 17.09.2026
Gündəm
Ərdoğanın prezidentliyə namizədliyi sonuncu dəfə irəli sürüləcək
16:14 17.09.2026
Gündəm
Azərbaycanda DSK-lar yenidən formalaşdırılır
16:12 17.09.2026
Gündəm
Babiş: Qorxuram, dünya cəhənnəmin qapılarına yaxınlaşır
16:03 17.09.2026
Dünya
Şoyqu Ermənistana müdaxilə xəbərdarlığı etdi
15:57 17.09.2026
Dünya
Xalq artisti Şükufə Yusupova xəstəxanadan evə buraxılıb
14:45 17.09.2026
Mədəniyyət
Vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
14:25 17.09.2026
Sağlamlıq