
Təhlükəsizlik qaydalarının pozulması cərəyan vurması ilə nəticələnə bilər -EKSPERT
12:47 28.07.2025
Cəmiyyət
396
Bərdədə bədbəxt hadisə baş verib.
APA-nın yerli bürosu xəbər verir ki, rayonun Mollalı kəndində 1964-cü il təvəllüdlü Fehruz Salahovu elektrik cərəyanı vurması nəticəsində ölüb.
Məlumata görə, hadisə elektrik naqili ilə ehtiyatsız davranma nəticəsində baş verib.
Fakt araşdırılır.
Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev “Sherg.az”a bildirdi ki, elektrik təsərrüfatında təmir, texniki xidmət və ya yerdəyişmə işləri yalnız bu sahədə ixtisaslaşmış müəssisələr tərəfindən həyata keçirilməlidir:

“Bu işləri yerinə yetirən şəxslər mütləq ixtisaslı mütəxəssislər olmalı, sırf təcrübə və ya şəxsi bilik əsasında müdaxiləyə yol verilməməlidir. Elektrik təsərrüfatında təhlükəsizlik qaydalarının pozulması bədbəxt hadisələrin baş verməsinə səbəb ola bilər. Buna görə təhlükəsizlik tələblərinə ciddi şəkildə əməl olunmalıdır. İstifadəyə yararsız və nasaz elektrik şəbəkələrindən istifadə edilməməli, nasazlıqlar aradan qaldırıldıqdan sonra şəbəkə yenidən istismara verilməlidir. Təhlükəsizlik qaydalarının pozulması cərəyan vurması və ya yanğın riski ilə nəticələnə bilər. Məişət şəraitində də elektrik təsərrüfatının texniki cəhətdən saz vəziyyətdə saxlanılması mühüm əhəmiyyət kəsb edir. Bütün baxış və diaqnostika tədbirləri ixtisaslaşmış müəssisə tərəfindən aparılmalı, aşkar olunan nasazlıqlar operativ şəkildə aradan qaldırılmalıdır. Elektrik şəbəkəsinin normadan artıq yüklənməsinin qarşısı alınmalı və yalnız keyfiyyətli naqillərdən istifadə edilməlidir. Nasaz və köhnəlmiş naqillərin istifadəsi qəbuledilməzdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət
İqtisadi Şuranın növbəti iclası oldu
18:27 13.10.2026
İqtisadiyyat
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub
18:12 13.10.2026
Siyasət