Türkiyədə 3 azyaşlı uşağı ilə baraka sığınan Vəfa Həsənovanın dramı - FOTO
15:24 07.01.2020
Cəmiyyət
699
Türkiyənin Bursa şəhərində, Mudanya ilçəsində konteyner və baraklarda məskunlaşan ailələrə öz yaşayış yerlərini tərk etmək üçün iki həftə vaxt verilib. Onların arasında 3 azyaşlı uşağı ilə vaqona sığınan azərbaycanlı Vəfa Həsənova da var.
Virtualaz.org xəbər verir ki, bu barədə Türkiyənin “Telgraf türk” saytı məlumat yayıb. Mənbə bildirir ki, əhalinin köçürülməsinə səbəb həmin ünvanda avtobus dayanacağının salınmasıdır. Maddi inkanı çox pis olan evsiz vətəndaşlar isə dondurucu soyuqda nə edəcəklərini, hara gedəcəklərini bilmirlər.
Sözügedən ünvandakı konteyner və baraklar 2009-2014-cü illərdə AKP-dən bələdiyyə başkanı seçilən Həsən Aktürk tərəfindən qaraçıların yaşaması üçün yerləşdirilib. Hazırda evindən çıxmağa məcbur edilənlərdən biri zibil qutularından tullantılar yığmaqla və ayaqqabı rəngləməklə ailəsini dolandıran Mətin Taşoğludur. Qışda gedəcək yeri olmadığını deyən M. Taşoğlu səlahiyyətli şəxslərdən ona kömək əlini uzatmalarını istəyib.
Dörd ay əvvəl çarəsizlikdən üç azyaşlı uşağı ilə birgə həmin ərazidəki konteylerdən birinə sığınan azərbaycanlı Vəfa Hasanova isə bildirir ki, 1997-ci ildə Türkiyədə yaşayır. Əvvəlcə çox yaxşı yaşasa da, zaman keçdikcə yoxsullaşaraq çətin vəziyyətə düşüb. Emekdəki evinin kirayə haqqını ödəsə də, ev sahibi qohumunun gəlməsini bəhanə edərək onu evdən çıxarıb. O isə məcbur qalaraq Mudanyadakı konteynerlərdən birinə sığınıb.
V. Həsənova deyir ki, həyat yoldaşı zibil qutularından dəmir qırıntıları toplamaqla ailəni dolandırır. Lakin bu pul dolanışıq üçün kifayət etmir. Buradan da çıxarılsalar soyuq qış günlərində getməyə yer tapmayacaqlar.
“Oğlum Rəcəbi hər gün Emekdəki məktəbə aparıb-gətirirəm ki, savadsız böyüməsin. Qeydiyyatda olmadığımıza görə dövlətdən də yardım ala bilmirik. Uşaqların acınacaqlı vəziyyəti ürəyimizi dağlayır. Üzümüzü səlahiyyətli şəxslərə tutub kirayə qalmaq üçün kömək istəyirik”, - V. Həsənova deyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə