Xəstəxanada beş yaşlı qızı ölən ata: “Həkim dedi ki, qrip belə davam edir”
14:58 15.01.2020
Cəmiyyət
739
Bakıda xəstəxanada ölən uşaqla bağlı yeni məlumatlar var. Bakı sakini, 1990-cı il təvəllüdlü Ceyhun Məmmədov BAKU.WS-ə şikayətlə müraciət edib. O, bildirib ki, qızı, 2014-cü il 20 sentyabr təvəllüdlü Füruzə Məmmədova yanvarın 13-də günorta saatlarında A.F.Qarayev adına 2 saylı uşaq kliniki xəstəxanasında dünyasını dəyişib.
Ceyhun bildirib ki, qızını ağır vəziyyətdə gecə saatlarında xəstəxanaya aparıblar. Xəstəxanaya daxil olarkən uşağın vəziyyəti ağır olub. Xəstəxananın Könül adlı növbətçi həkimi valideynlərə bildirib ki, Füruzənin halı olduqca pisdir. Ailə hər şeyə hazır olmalıdır.
C.Məmmədov deyir ki, qızı həkim səhlənkarlığının qurbanı olub.
O, bildirib ki, qızını Tibb Universitetinin Klinikası və “New med” tibb klinikasında çalışan Nəzakət adlı həkim müalicə edib.
Ata iddia edir ki, həkimin düzgün aparmaqdığı müalicə xəstədə əks göstərişə səbəb olub.
“Nəzakət xanım Füruzənin 2 aylığından həkimi olub. Biz getdik yanına, dedi ki, uşaqda heç nə yoxdur. Yanvarın 7-də onu “New med” tibb klinikasına apardıq.
Uşağı müayinə etdi, sonra bizi göndərdi Tibb Universitetinin Klinikasına. Uşağa günorta növbəsində sistem vuruldu. Əslində isə ona sistem vurulmamalıydı.
Uşağım həkimin səhlənkarlığdan öldü. Ona dedik ki, rentgenə salaq, dedi ehtiyac yoxdur.
Dedi ki, qrip belə davam edir. Uşağı ölümcül vəziyyətdə xəstəxanaya aparmışıq. A.F.Qarayev adına 2 saylı uşaq kliniki xəstəxanasında uşağın vəziyyətini ağır qiymətləndirdilər.
Lakin Nəzakət xanım deyirdi ki, qrip virusudur, düzələcək”, - deyə Ceyhun Məmmədov bildirib.
Qeyd edək ki, Füruzə Məmmədov xəstəxanaya aparılarkən oksigen 75-dən yuxarı qalxmırmış. Həkimlərin səyinə baxmayaraq, uşağın vəziyyətini düzəldə bilməyiblər.
Səhlənkarlıqda ittiham olunan Nəzakət xanımla əlaqə saxladıq. Həkim bildirdi ki, uşaqların ölümündə valideynlərinin də səhlənkarlığı az deyil.
“Onların ağrı-acısı böyük olduğu üçün danışqlarını bilmirlər. Burada valideyn məsuliyyətsizliyi də rol oynayır. Bundan artıq nəsə demək istəmirəm.
Məsələ ilə əlaqədar Füruzənin dünyasını dəyişən xəstəxana ilə əlaqə saxladıq. Xəstəxananın baş həkimi Azər Xudiyev açıqlamasında bildirdi ki, uşaq xəstəxanaya gətirilərkən halı çox pis olub.
“20 sentyabr 2014-cü il təvəllüdlü Məmədova Firuzə Ceyhun qızı 13 yanvar 2020-ci il tarixində saat 03:43-də preaqonal vəziyyətdə (ölümqabağı vəziyyət) A.F.Qarayev adına 2 saylı uşaq kliniki xəstəxanasına gətirilib.
Ona plevropnevmoniya, ikincili miokardit, III-IV dərəcəli tənəffüs çatışmazlığı, III dərəcəli ürək-damar çatışmazlığı diaqnozu qoyulub. Xəstəyə reanimasiyada intensiv terapiya aparılıb.
Ağciyərlər süni ventilyasiya aparatına qoşulub.
Təxminən 10 saat ərzində aparılan intensiv reanimasiya tədbirlərinə baxmayaraq, 13:35-də xəstə dünyasını dəyişib”, - deyə Azər Xudiyev bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi