Yeni dövrün “gözəllik standartı” - Şişirdilən dodaq, partlayaraq fəsad yaradır
Şəymən Bayramova
08:17 21.02.2020
Cəmiyyət
2526
Bir neçə il əvvəl iri həcmli dodaq, dolğun yanaqlı qadınlarla tək-tək hallarda rastlaşır və təəcüblə onlara baxırdıq. İndi isə bu cür “gözəllik standartları” ilə diqqət cəlb edən xanımların sayı kifayət qədərdir. Təkcə orta yaşlı xanımlar deyil, gənc qızlar da dodağına və yanağına dolğu vasitəsilə həcm verirlər.
Halbuki, bu, dolğular bəzi qadınları arzu etdikləri görünüşə qovuşdurmaqla yanaşı, sağlamlıqlarına da ziyan verir. Gellərin fəsadlarından əziyyət çəkən qadınların artıq ölkə və dünya mətbuatında tez-tez gündəmə gəlməsi problemin kifayət qədər ciddiliyindən xəbər verir.
Qeyd edək ki, Böyük Britaniyanın Stokport şəhərinin sakini, 25 yaşlı kosmetoloq Cessika Mayotun, təbii gel ilə şişirdilmiş dodağının partlaması onu görmə qabiliyyətindən məhrum edəcəkdi. Dodaqlarını şişirtmək istəyən qadının dodaqlarına inyeksiya vasitəsilə üç millimetr həcmində təbii gel vurulub.
Lakin əməliyyatdan bir gün sonra qadının dodaqları şişərək ağrımağa başlayıb. Məlum olub ki, qadının dodaqlarına infeksiya düşüb. Ona bir kurs antibiotik müalicəsi yazılsa da, Cessikanın tənəffüs sistemində problemlər ortaya çıxıb.
Bir müddət sonra qadının dodaqları çürüməyə başlayıb və sonda partlayıb. Partlama zamanı dodaqlarda yığılan çirk qadının gözünə sıçrayıb. İnfeksiyaya məruz qalan göz görmə qabiliyyətini itirməyə başlayıb.
Ancaq ciddi tibbi tədbirlər sayəsində qadının gözündə inkişaf edən infeskiyanın qarşısını almaq mümkün olub.
Tibb elmləri doktoru, professor Adil Qeybullanın "Şərq"ə açıqlamasına görə, dodağa gel köçürmə proseduru gelin keyfiyyətindən asılıdır:
"Biopolimer (süni) gellərin birbaşa toxumaya yeridilməsi bütün dünyada qadağandır. Hialiron turşusu və onun törəmələri isə toxuma içərisinə vurula bilər. Dərinin gəncləşməsi üçün nəzərdə tutulan müxtəlif preparatlar var ki, onlar da hialiron turşusu əsasında hazırlanan qarışıqlardır. Həm də ki, təbii gelin tərkibində olan turşular insan orqanizminə uyğundur və bu turşular bir il ərzində sovrulur. Süni gellər isə qalıcıdır, sovrulmur, ziyanlıdır. Konkret hadisəyə gəldikdə isə ola bilsin həmin xanımın dodaqlarına infeksiya düşüb. Bəlkə də pasientdə herpes xəstəliyi varmış, gel vurulduqdan sonra fəallaşıb”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region