Yerli buğda istehsalçılarının diqqətinə!
Yusif Nəzərli
15:37 30.06.2025
Cəmiyyət
289
Dövlət Ehtiyatları Agentliyi bu il sentyabrın 1-nə qədər yerli buğda istehsalçılarından 2024-cü ildə istehsal olunmuş yüksək keyfiyyətli yerli ərzaqlıq buğdanın tədarükünü elan edib.
Sherg.az xəbər verir ki, bu barədə agentlikdən məlumat verilib.
Məlumata görə, tədarük ediləcək ərzaqlıq buğda AZS 888:2025 “Buğda. Texniki şərtlər” standartında qeyd edilən I, II və III sinif buğdaya aid bütün keyfiyyət göstəricilərinə, habelə “Qida təhlükəsizliyi haqqında” qanunla müəyyən edilmiş tələblərə cavab verməlidir. Təklif olunan ərzaqlıq buğdanın keyfiyyət tələblərinə uyğunluğunu müvafiq sahədə akkreditasiya olunmuş laboratoriyalar təsdiq etməldiir.
Tədarük zamanı ərzaqlıq buğdanın keyfiyyət göstəriciləri əlavə olaraq yoxlanılacaq, keyfiyyət tələblərinə cavab verməyən ərzaqlıq buğda qəbul edilməyəcək.
Bildiririk ki, ərzaqlıq buğdanın qəbul məntəqələrinə çatdırılması istehsalçının vəsaiti hesabına həyata keçirilir.
“Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” ölkə Prezidentinin 19 iyul 2022-ci il tarixli fərmanına uyğun pilot layihə çərçivəsində Kənd Təsərrüfatı Nazirliyi ilə bağlanmış müqavilələrə əsasən müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürmüş şəxslərin təhvil verdiyi ərzaqlıq buğdaya məhsul subsidiyası tətbiq ediləcək. Sözügedən təsərrüfatlarda təhvilverilmə dövründə ərzaqlıq buğdanın orta idxal statistik göstəricisi Nazirlər Kabinetinin 23 iyun 2025-ci il tarixli sərəncamında müəyyən edilən 400 manat dövlət tədarük qiymətindən az olduğu hallarda aradakı fərqin proqrama qoşulan istehsalçılara kompensasiya edilməsi məqsədilə məhsul subsidiyası əmsalını Aqrar Subsidiya Şurasının yeniləməsi nəzərdə tutulub.
Yuxarıda qeyd olunan tələblərə cavab verən ərzaqlıq buğda üzrə satış təkliflərinin akkreditasiya olunmuş laboratoriyanın təsdiq etdiyi keyfiyyət göstəriciləri də əlavə edilməklə office@dea.gov.az elektron poçt ünvanına göndərilməsi xahiş olunur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran Bərzaninin evinə PUA hücumunu pisləyib
03:03 29.03.2026
Region
ChatGPT ilə xərçəngə qarşı peyvənd hazırladı
02:34 29.03.2026
Sağlamlıq
“Yeraltı” serialının Bozosu Bakıya gəlir
02:02 29.03.2026
Şou
ABŞ İrana qarşı əməliyyatda 11000-dən çox hədəfi vurub
01:36 29.03.2026
Dünya
ABŞ-la İsrailin hücumlarının əsl məqsədi aydınlaşır - Bəqai
00:04 29.03.2026
Region
ÜST: Livanda həlak olan səhiyyə işçilərinin sayı 50-ni keçib
23:42 28.03.2026
Dünya
İranın zərbəsi nəticəsində Amerika təyyarələri sıradan çıxıb
23:17 28.03.2026
Dünya
Göyərtəsində ABŞ dəniz piyadalarının olduğu gəmi Yaxın Şərqə çatıb
21:33 28.03.2026
Dünya
AFFA-nın daha yeddi liqasında oyunlar təxirə salındı
20:53 28.03.2026
Futbol
Bərzanin evi dron hücumuna məruz qalıb
20:39 28.03.2026
Dünya
Haaqada İrana dəstək aksiyasl keçirildi
20:12 28.03.2026
Dünya
Pezeşkian ABŞ-nin vədlərinə inanmır
19:20 28.03.2026
Gündəm
Mingəçevir su anbarında itkin düşən şəxslər tapıldı
18:53 28.03.2026
Hadisə
DİN: Vətəndaşlara yerində köməklik göstərilir
18:40 28.03.2026
Aktual
FHN su basmış ərazilərdən 84 nəfəri təxliyə edib
18:28 28.03.2026
Hadisə