
Politoloq: USAİD kimi fondlardan ABŞ-nin bəzi korrupsiyaner məmurları istifadə edir
Yusif Nəzərli
15:25 13.02.2025
Siyasət
616
ABŞ, beynəlxalq siyasətdə öz maraqlarını qorumaq məqsədilə müxtəlif vasitələrdən istifadə edir. Bu vasitələrin arasında xüsusi olaraq qeyri-hökumət təşkilatları və fondlar mühüm rol oynayır. Bu, ABŞ-nin xarici siyasətinin bir hissəsi olaraq, digər ölkələrin daxili işlərinə müdaxilə etmək, onların siyasətini və hakimiyyət strukturlarını öz maraqları istiqamətində dəyişdirmək məqsədini güdür. Təsir mexanizmləri müxtəlif fondlar vasitəsilə həyata keçirilir. Bu prosesin necə inkişaf etdiyi və hansı nəticələrə gətirib çıxaracağı isə maraq doğurur.
Mövzu ilə bağlı politoloq Azad Məsiyev Sheg.az-a açıqlamasında ABŞ-nin işğalçılıq metodu yaratdığını bildirib:

"Rəsmi Vaşinqton maraqlarını ödəməyən ölkələrdə insan haqlarının, demokratiyanın tapdalandığı, pozulduğu, diktatura rejiminin olduğunu bəyan edərək həmin dövlətlərə təziqlər edir. Bu siyasəti isə müxtəlif fondlar vasitəsilə həyata keçirir. Sözügedən fondlar vasitəsilə həmin dövlətlərdə qeyri hökumət təşkilatlarını, siyasi partiyaları, mətbuatı öz təsirinə alaraq öz maraqlarına uyğun şəbəkə formalaşdırır. Bu şəbəkə vasitəsilə də rəngli inqilab edərək həmin dövləti çevirərək öz təsiri altına alır. Biz bunu Gürcüstanda Saakaşvilinin, Ermənistanda Paşinyanın hakimiyətə gətirilməsi prosesində, Ukraynada 2014-cü ildə "Maydan hərəkatı"nın baş verməsində, "Ərəb baharı"nın yaşanmasında, demokratiya prosesi adı altında dövlətlərdə hakimiyyət çevrilişlərinin həyata keçirilməsində gördük.
ABŞ-nin kəşfiyyat orqanları bu qurumlar vasitəsilə qeyd etdiyim dövlətlərdə bir şəbəkə formalaşdırır, bu şəbəkə vasitəsilə də dövlətin daxili proseslərinə təsir edir.
Xatırladım ki, ABŞ-nin Azərbaycanda Respublikaçılar inisitutu, "Soros Fondu", Beynəlxalq İnkişaf Agentliyi var idi. Bunlar Azərbaycan qanunları çərçivəsində fəalliyyət göstərmirdilər. Fəaliyyətlərini şəffaf həyata keçirmirdilər. Belə olan təqdirdə USAİD kimi təşkilatların Azərbaycanda fəaliyyət göstərməsi məqbul ola bilməzdi".
Ekspert ABŞ-nin vaxtı ilə bu fondlar vasitəsilə Azərbaycanda və o cümlədən digər dövlətlərdə cəsus şəbəkələri yerləşdirdiyini qeyd edib:
"Ümumiyyətlə USAİD kimi fondlardan ABŞ-nin bəzi korrupsiyaner məmurları istifadə edir.
Bəzi vəsaitlərin mənimsənilməsi prosesi də həyata keçirilir. Trampın hakimiyyətə gəlməsi ilə fondların şəffaflığı araşdırılır. Humanitar yardımlar adı altında pulların mənimsənilməsi faktlarını aşkarlayıblar. Buna siyasi və hüquqi xidmət veriləcək. Son vaxtlar Tramp açıq şəkildə ABŞ-nin maliyyə məsələlərinə çox ciddi yanaşır. Bunubla əlaqədar İlon Maskın vəzifəyə qoyulması və bu vəzifənin ona tapşırılması bir daha onu göstərir ki, ABŞ-da humanitar yardım adı altında dövlətin vəsaitini mənimsənməsi prosesi gedir.
Belə bir plan var ki, ABŞ USAİD-in gələcək fəaliyyətini dövlət departamentinin nəzdində həyata keçirsin. Çünki bu mexanizim dövlətin xarici siyasətinin tərkib hissəsidir.
Bu cür fondlar bir dəfəlik ləğv edilməyəcək. Hansısa qurumun nəzdində, nəzarət altında idarə ediləcək.
Bayden, hakimiyyəti dövründə bu fondlar vasitəsilə böyük vəsaitləri mənimsəmə prosesini həyata keçirdi. Tramp bunu qəbul etmir."
Politoloq sonda bu proseslərin başqa bir ad altında yenə də davam edəcəyini söyləyib.
Oxşar xəbərlər
Əbu-Dabi danışıqları nəticəsiz qaldı: “Əsir mübadiləsi sülh demək deyil” - Elxan Şahinoğlu
18:05 12.11.2026
Leyla Əliyeva "Qlobal Sıfır Tullantı Alyansı" çərçivəsində keçirilən yüksək səviyyəli toplantıda iştirak edib
20:57 11.11.2026
Siyavuş Novruzov: Poliklinikalarda, xəstəxanalarda işləyən ən savadlı həkimlər ixtisara düşür
13:16 11.11.2026
Xəbər lenti
Hamısına bax
Məhkəmə general-mayor Natiq Əliyevin qızı ilə bağlı qərar verdi
18:48 12.11.2026
Hadisə
Ağ Evin yaxınlığında silahlı insident: azı 4 nəfər yaralanıb
18:33 12.11.2026
Dünya
Rusiya Prezidenti: Ukraynada əbədi sülh istəyirəm
18:20 12.11.2026
Gündəm
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
18:14 12.11.2026
Dünya
Paşinyan və nazirlərin maaşlarının artırılması təxirə salındı
17:59 12.11.2026
Region
ABŞ Avropa ilə yeni təhlükəsizlik arxitekturasını müzakirə edir
17:55 12.11.2026
Gündəm
Tramp: İranla razılaşmaya ehtiyacımız yoxdur
17:35 12.11.2026
Gündəm
AZAL-ın gənc pilotu təlim uçuşlarını başa vurub - FOTO
17:15 12.11.2026
Gündəm
Bir ailənin 9 üzvü plov və pomidor turşusundan zəhərləndi
17:13 12.11.2026
Hadisə
Sona Qazaryan: KTMT artıq özünü tükədib
16:45 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində Maya Sandu ilə görüşüb
16:21 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində mühüm tədbirdə iştirak edir
16:03 12.11.2026
Gündəm
“Azərsun Holdinq” yerli fermerlərdən zeytun qəbulunu davam etdirir
15:37 12.11.2026
Ölkə