Kişi və qadınların stres reaksiyalarındakı fərqlərin səbəbi araşdırılıb - TƏDQİQAT
Yusif Nəzərli
05:57 15.02.2025
Sağlamlıq
547
ABŞ-ın Florida Universitetinin (UF Health) tədqiqatçılarının yeni araşdırması kişilərin və qadınların stresə fərqli reaksiya verməsinin bioloji əsaslarını üzə çıxarıb. Alimlər beynin kəskin stress zamanı necə uyğunlaşdığını araşdıraraq bu prosesdə rol oynayan neyrosteroidlər və fermentlər haqqında yeni məlumatlar əldə ediblər.
AZƏRTAC “MedicalXpress” portalına istinadla xəbər verir ki, beyin kəskin stres vəziyyətində allopreqnanolon (AP) adlı neyrosteroid sintez edir. Bu maddə insanın qəfil təhlükə və ya çağırışlara uyğunlaşmasına kömək edir. AP səviyyəsinin yüksəlməsi stresə sürətli və effektiv reaksiya verməyi asanlaşdırır. Məsələn, insan təhlükə ilə üzləşdikdə bu neyrosteroid diqqəti artırır və düzgün qərar verməyə kömək edir. AP istehsalı 5α-reduktaza (5αR) fermenti tərəfindən idarə olunur. Bu fermentin 5αR1 və 5αR2 olmaqla iki əsas forması var.
Tədqiqatçılar kişi və qadınlarda bu fermentlərin fərqli işlədiyini müəyyən ediblər. Araşdırmaya görə, kişilər stresə daha çox aqressiv və zahiri reaksiya verir, qadınlar isə stresi daxililəşdirməyə meyllidirlər. Bu fərqin qadınlarda narahatlıq və depressiyanın daha çox yayılmasına təsir etdiyi düşünülür. Tədqiqatın nəticələri göstərib ki, erkək siçovullarda kəskin stres zamanı beynin ön hissəsində 5αR2 səviyyəsi artır, lakin 5αR1 səviyyəsi dəyişmir. Dişi siçovullarda isə belə bir dəyişiklik müşahidə olunmayıb. Bu tapıntılar stres reaksiyalarında cinsə xas bioloji fərqləri vurğulayır. Tədqiqatçılar müəyyənləşdiriblər ki, 5αR2 fermenti stress zamanı AP sintezi üçün vacibdir; 5αR1 fermenti isə AP-nin normal səviyyədə qalmasına kömək edir.
Tədqiqatın bir hissəsində alimlər erkək siçovullarda 5αR2 fermentinin fəaliyyətini azaltdıqda onların stres və mükafatlandırıcı stimullara reaksiyasının zəiflədiyini müşahidə ediblər. Lakin AP tətbiq edildikdə bu reaksiyalar bərpa olunub.
Bu araşdırma stress reaksiyalarının bioloji əsaslarını daha yaxşı başa düşməyə kömək edir və gələcəkdə stres və depressiya ilə mübarizədə yeni, effektiv müalicə üsullarının inkişafına töhfə verə bilər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
18:14 12.11.2026
Dünya
Paşinyan və nazirlərin maaşlarının artırılması təxirə salındı
17:59 12.11.2026
Region
ABŞ Avropa ilə yeni təhlükəsizlik arxitekturasını müzakirə edir
17:55 12.11.2026
Gündəm
Tramp: İranla razılaşmaya ehtiyacımız yoxdur
17:35 12.11.2026
Gündəm
AZAL-ın gənc pilotu təlim uçuşlarını başa vurub - FOTO
17:15 12.11.2026
Gündəm
Bir ailənin 9 üzvü plov və pomidor turşusundan zəhərləndi
17:13 12.11.2026
Hadisə
Sona Qazaryan: KTMT artıq özünü tükədib
16:45 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində Maya Sandu ilə görüşüb
16:21 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində mühüm tədbirdə iştirak edir
16:03 12.11.2026
Gündəm
“Azərsun Holdinq” yerli fermerlərdən zeytun qəbulunu davam etdirir
15:37 12.11.2026
Ölkə
Prezident İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşüb
15:13 12.11.2026
Gündəm
"Mançester Yunayted” baş məşqçi Maykl Kerriki istefaya göndərib
14:09 12.11.2026
Futbol
Aİ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək
13:54 12.11.2026
Gündəm