Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsini qəfəsdə çırpınan quşla müqayisə edib.
Teleqraf xəbər verir ki, Paşinyan pəncərəyə dəyən quşun videosunu "Tarix dərslərində gözlənilməz paralellər" başlığı ilə paylaşaraq yazıb:
"Tarixin axarını dəyişdirmək üçün köhnə məntiqdən imtina edib fərqli bir yol seçməliyik. Bu kiçik quş içəri uçub və yeddi-səkkiz saatdır ki, şüşəyə çırpılaraq çıxmağa çalışır, çünki qarşıda açıq məkan görür. Və aydındır ki, nə qədər çırpılsa da, məlum səbəblərdən çıxa bilməyəcək. Bu arada, qonşu qapıda onun küçəyə uça biləcəyi açıq bir qapı var. Kiçik quşumuz üçün yeganə çıxış yolu daim şüşəyə çırpılmaq məntiqindən imtina edib fərqli bir yol seçməkdir. Və tariximiz haqqında bilməli olduğumuz şey budur".