
Paşinyanı "torpaqları Azərbaycana təslim edən" fiqur kimi təqdim eetməyə çalışırlar -Politoloq
Yusif Nəzərli
02:25 14.06.2025
Cənubi Qafqaz
142
Oqtay Qasımov: "Etirazları yüksəldərək hökuməti ciddi təzyiq altında saxlamağa, delimitasiya və demarkasiya prosesini, sülhü əngəlləməyə çalışırlar"
Ermənistan mediası Azərbaycanla sərhədin hansı xətlər üzrə çəkiləcəyinə dair ikinci xəritəni dərc edib. “Hraparak” nəşri bununla bağlı xəritə yayımlayıb və iddia edib ki, xəritədə sərhədin keçəcəyi ərazilər əks olunub. Nəşrin iddiasına görə, Azərbaycan və Ermənistan arasında məxfi danışıqlar zamanı sərhədin keçəcəyi xətlər üzərində razılaşma əldə olunub. Razılaşmaya görə, Ermənistan Azərbaycana daha çox güzəştə gedəcək. Vurğulanıb ki, Azərbaycan tərəfinin təqdim etdiyi xəritələr əsasında tərtib olunan delimitasiya layihəsi demək olar ki, başa çatıb: "Tavuşdan Sünikə qədər gələcək sərhədin əhəmiyyətli bir hissəsi artıq müəyyən edilib. Sənədlərdən də göründüyü kimi, bütün sahələrdə Ermənistan uduzur, Azərbaycan isə qazanır". İddiaya əsasən, anklavlar və eksklavlar məsələsi bu mərhələdə müzakirə olunmayıb, növbəti mərhələyə saxlanılıb. Həmçinin, qeyd olunub ki, strateji yüksəkliklər Azərbaycanın nəzarətinə keçəcək: "Veriləcək ərazilərə yüksək dağ zonaları da daxildir. Bu ərazilər otlaq kimi istifadə olunacaq. Bu ərazilərdəki su mənbələri də Azərbaycanın nəzarətində olacaq". Xatırladaq ki, Ermənistan-Azərbaycan dövlət xəttinin uzunluğu 1066 km.dir. Bugünədək iki ölkə arasında ilk demarkasiya mərhələsi çərçivəsində 12.7 km. uzunluğunda sərhəd xətti müəyyənləşib. Bununla Qazax rayonunun 4 kəndi - Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılının Azərbaycana qaytarılması təmin edilib.
Politoloq Oqtay Qasımov Sherg.az-a deyib ki, İrəvanın ərazi güzəştləri edəcəyi ilə bağlı Ermənistan mediasında zaman-zaman materiallar dərc olunur. Ekspert xatırladıb ki, bir müddət öncə Qazaxın işğalda olan kəndlərində minatəmizləmə işlərinin artıq yekunlaşdığı, qısa zamanda Azərbaycana təhvil veriləcəyi ilə bağlı da fikirlər yayılırdı:

"Bu tip məlumatların tirajlanması Paşinyan hökumətinə qarşı əhali arasında nifrət formalaşdırma cəhdidir. Məqsəd baş naziri "torpaqları Azərbaycana təslim edən" bir fiqur kimi ictimaiyyətə təqdim etməkdir. Beləliklə, ölkədə Paşinyanın reytinqini aşağı salmaqla qarşıdan gələn parlament seçkilərində iştirakını çətinləşdirmək, qələbə şansını azaltmaq istəyirlər. Prosesin məhz seçki öncəsi intensivləşməsi də bunu göstərir. Belə məlumatlar erməni cəmiyyətində təbliğat xarakterli ideoloji mübarizə vasitəsi kimi istifadə olunur. Paşinyan hakimiyyətinin opponentləri bu cür məlumatları yaymaqla cəmiyyəti hökumətə qarşı qaldırmaq niyyəti güdürlər. Etirazları yüksəldərək hökuməti ciddi təzyiq altında saxlamağa, delimitasiya və demarkasiya prosesini, sülhü əngəlləməyə çalışırlar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-la İsrailin hücumlarının əsl məqsədi aydınlaşır - Bəqai
00:04 29.03.2026
Region
ÜST: Livanda həlak olan səhiyyə işçilərinin sayı 50-ni keçib
23:42 28.03.2026
Dünya
İranın zərbəsi nəticəsində Amerika təyyarələri sıradan çıxıb
23:17 28.03.2026
Dünya
Göyərtəsində ABŞ dəniz piyadalarının olduğu gəmi Yaxın Şərqə çatıb
21:33 28.03.2026
Dünya
AFFA-nın daha yeddi liqasında oyunlar təxirə salındı
20:53 28.03.2026
Futbol
Bərzanin evi dron hücumuna məruz qalıb
20:39 28.03.2026
Dünya
Haaqada İrana dəstək aksiyasl keçirildi
20:12 28.03.2026
Dünya
Pezeşkian ABŞ-nin vədlərinə inanmır
19:20 28.03.2026
Gündəm
Mingəçevir su anbarında itkin düşən şəxslər tapıldı
18:53 28.03.2026
Hadisə
DİN: Vətəndaşlara yerində köməklik göstərilir
18:40 28.03.2026
Aktual
FHN su basmış ərazilərdən 84 nəfəri təxliyə edib
18:28 28.03.2026
Hadisə
Əgər nüvə silahı Zelenskinin əlinə keçərsə... - Zaxarova
17:37 28.03.2026
Dünya
Şimali Kiprin Baş naziri Azərbaycana səfər edəcək
17:21 28.03.2026
Siyasət
Azərbaycanda 1 əsrlik rekord qırıldı
17:14 28.03.2026
Ekologiya