Ərdoğan 2023-cü ili göstərdi
Yusif Nəzərli
22:14 23.11.2021
Siyasət
902
Türkiyədə bu dəfə prezident seçkiləri Cümhuriyyətin 100 illiyinə təsadüf edəcək və fərqli olacaq
Türkiyədə növbədənkənar prezident seçkiləri keçirilməyəcək. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sədri olduğu hakim Ədalət və İnkişaf Partiyasının əyalət rəhbərlərinin genişləndirilmiş iclasında çıxışı zamanı deyib.
O bildirib ki, Türkiyədə növbəti prezident seçkiləri 2023-cü ilin iyun ayında keçiriləcək.
"AK Parti millətimizin qurduğu bir partiyadır. Millətimiz üçün hər bir xidməti həyata keçirmişik. 2023-cü ilə qədər davam edən prosesdə 84 milyon vətəndaşımızın hər birinin qapısına gedib onların könlünü alacağıq. Biz çox çalışacağıq", - deyə R.T.Ərdoğan bildirib.
Qeyd edək ki, Türkiyədə müxalifət növbədənkənar prezident seçkilərinin keçirilməsini tələb edir.
Mövzu ilə bağlı “Şərq”ə açıqlama verən BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov bildirib ki, 2023-cü il Türkiyədə keçiriləcək seçkilər çox fərqlənəcək:
“Bu, Türkiyə Cümhuriyyətinin 100 illiyinə təsadüf edəcək. AKP hökumətinin hakimiyyətdə olmasının 20 illiyi ərəfəsi də bu tarixə təsadüf edir. AKP bu iyirmi ildə Türkiyə Cümhuriyyətinin istər daxili, istərsə də xarici siyasətində bir çox dəyişikliklər etdi. Türkiyə dövlətinin idarəçilik şəklini dəyişdirdi. Türkiyənin türk və islam dünyasında nüfuzunu artırdı. Bütün əzilən və istismar olunan müsəlman ölkələrinə ümid yeri oldu”.
A.Qasımov əlavə edib ki, uzun illərdən bəri həll edilməyən Qarabağ məsələsinin böyük ölçüdə həll edilməsində Azərbaycana kömək etdi:
“Afrika qitəsindəki Somali, Liviya, Sudan, Nigeriya, Efiopiya və s. ölkələrin daxili siyasətində böyük rol oynadı. Bütün bunları nəzərə alaraq demək olar ki, R.T.Ərdoğan hakimiyyəti tək Türkiyənin deyil, bütün dünyanın siyasətində vacib rol oynadı. Bunlara baxmayaraq, hələ də gələcəyə doğru bir çox planlar və addımlar hazırlayan AKP hakimiyyəti, hesab edirəm ki, 2023-cü ildə də qələbə qazanacaq. Təbii ki, bu zəfərə MHP də dəstək olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Sabah" "Sumqayıt"ı darmadağın etdi
21:35 20.11.2026
Futbol
Danimarka Rusiyanın hərbi attaşesini ölkədən çıxarır
21:23 20.11.2026
Dünya
Estoniya diplomatı Rusiya XİN-ə çağırıldı
20:40 20.11.2026
Aktual
Bakıda Cənubi Koreyanın milli bayramı qeyd edildi
20:25 20.11.2026
Siyasət
KİV: ABŞ və İsrail İrana yeni zərbələr endirməyə hazırlaşır
20:17 20.11.2026
Gündəm
Britaniya Rusiyaya və Çinə qarşı kiberəməliyyatlar həyata keçirir
20:04 20.11.2026
Dünya
Bakı metrosunda texniki xəta baş verdi - Qatarlar gecikdi
19:47 20.11.2026
Hadisə
İŞİD-ə qoşulmuş şəxslər saxlanılaraq Azərbaycana gətirildi
19:10 20.11.2026
Hadisə
Taksi sürücüləri üçün növbəti imtahanın tarixi açıqlandı
18:53 20.11.2026
Sosial
Fransanın keçmiş baş naziri prezident seçkilərinə qatılacaq
18:48 20.11.2026
Dünya
Naftalanda 3 məktəblini maşın vurub
18:37 20.11.2026
Hadisə
Pul yoxdur, xalq etiraz edir - Pezeşkian
18:24 20.11.2026
Dünya
Aİ Rusiyaya qarşı 22-ci sanksiyalar paketini hazırladı
17:57 20.11.2026
Dünya
KİV: ABŞ və İsrail İrana hücumu nəzərdən keçirir
17:10 20.11.2026
Gündəm
Ermənistan Rusiyaya yeni səfir təyin etdi
16:52 20.11.2026
Gündəm