AMEA prezidenti: "Dövlət Proqramı Böyük Qayıdışın mükəmməl yol xəritəsidir"
Yusif Nəzərli
11:04 18.11.2022
Elm və Təhsil
976
“İşğaldan azad edilmiş ərazilərə "Böyük Qayıdışa dair I Dövlət Proqramının təsdiq edilməsi haqqında"kı Sərəncamı möhtərəm tarixi zəfərə imza atmış Prezident İlham Əliyevin ölkəmizin ərazi bütövlüyü şəraitində Qarabağın yenidən qurulması sahəsində apardığı məqsədyönlü siyasətin strategiyası və taktikasını özündə əks etdirən möhtəşəm dövlət proqramıdır. Bu, XXI əsrdə azad Qarabağın mükəmməl yol xəritəsidir”.
"Report" xəbər verir ki, bunu AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli bildirib.
Onun sözlərinə görə, Dövlət Proqramı Böyük Qayıdışın manifestidir: "Bu, Qarabağın və Şərqi Zəngəzurun yaxın və uzaq gələcəyini əyani şəkildə təsəvvür etməyə imkan yaradan böyük bələdçidir. İqtisadi cəhətdən son dərəcə əhəmiyyətli olan Dövlət Proqrammı siyasi-ideoloji cəhətdən əsaslandırılmış sənəddir:
"İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı» müddəaları həm də ciddi elmi əsaslara malikdir. Hesab edirəm ki, təqdim edilən Dövlət Proqramı Azərbaycanın müstəqillik tarixinə İlham Əliyev proqramı kimi daxil olur. Heç şübhə yoxdur ki, möhtərəm Prezidentimizin rəhbərliyi ilə indiyədək dövlət səviyyəsində imzalanmış digər dövlət proqramları kimi "İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı" da vaxtında və yüksək səviyyədə yerinə yetiriləcəkdir. Azərbaycan Milli Elmlər Akademiyasının kollektivi Qarabağın və Şərqi Zəngəzurun real gələcəyini və inkişaf perspektivlərini əks etdirən bu mühüm əhəmiyyətə malik olan Dövlət Proqramının həyata keçirilməsi üçün üzərlərinə düşən vəzifələri məsuliyyətlə həyata keçirəcəklər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sumqayıtda yol çökdü
19:21 13.11.2026
Hadisə
Danimarka Aİ ölkələrinə Ukrayna çağırışı edib
18:51 13.11.2026
Dünya
Azərbaycan hərbi bloklara qoşulmadan nüfuzunu artırır - Politoloq
18:46 13.11.2026
Gündəm
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
18:37 13.11.2026
Gündəm
Birdəfəlik sosial müavinətlərin ödəniləcəyi tarix açıqlandı
17:49 13.11.2026
Sosial
Aynur Elgünəş əməliyyat olunub
17:35 13.11.2026
Cəmiyyət
ASAN Xidmətin qarşısında hamilə qadın bıçaqlandı
17:27 13.11.2026
Hadisə
Milli Məclisdə gələn həftə dövlət büdcəsi müzakirə ediləcək
17:15 13.11.2026
Gündəm
Xalq artisti pensiyalarla bağlı narazılığını bildirdi
16:59 13.11.2026
Mədəniyyət
Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
16:30 13.11.2026
Gündəm
Azərbaycan XİN BƏƏ-yə başsağlığı verib
16:17 13.11.2026
Gündəm