Naxçıvan bazarında ucuzlaşma müşahidə edilir
Yusif Nəzərli
16:48 17.01.2023
İqtisadiyyat
510
Naxçıvan bazarında ucuzlaşma müşahidə edilir.
"Report"un Naxçıvan bürosu xəbər verir ki, ötən illə müqayisədə Naxçıvan bazarlarında meyvə və tərəvəzlərin qiymətlərində fərq var.
Məsələn, pomidor ötən il qış aylarında 15-17 manata satılırdısa, bu il 1 manat 50 qəpik 2 manat 50 qəpik civarında təqdim edilir. Həmçinin xiyar 7-8 manatdan 2 manat 50 qəpik, 3 manata enib. Digər meyvə və tərəvəzlər də keçən illə müqayisədə 1-2 manat daha aşağı qiymətə alıcılara təklif olunur.
Qeyd edək ki, əvvəlki illərdə muxtar respublikada tətbiq olunan bir sıra gömrük rüsumları, daxili bazarı qorumaq bəhanəsi ilə ticarət monopoliyasının yaradılması dükan və bazarlarda qiymət artımlarına gətirib çıxarırdı. Xüsusilə ərzaq malları, meyvə-tərəvəz kimi gündəlik istehlak olunan məhsullarda bahalaşma müşahidə olunurdu.
Son bir neçə ayda muxtar respublikada bir çox ərzaq məhsullarının, o cümlədən meyvə və tərəvəzlərin qiymətlərində kifayət qədər ucuzlaşmanın səbəbi gömrük orqanlarında olan struktur dəyişiklikləri və açıq bazar iqtisadiyyatına keçid göstərilir. Eyni zamanda idxal olunan məhsullardan alınan qeyri-qanuni və artıq vergilər də ləvğ edilib ki, bu da öz növbəsində əhalinin tələbatının daha keyfiyyətli və ucuz məhsullarla ödənilməsinə hərtərəfli şərait yaradıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Məhkəmə general-mayor Natiq Əliyevin qızı ilə bağlı qərar verdi
18:48 12.11.2026
Hadisə
Ağ Evin yaxınlığında silahlı insident: azı 4 nəfər yaralanıb
18:33 12.11.2026
Dünya
Rusiya Prezidenti: Ukraynada əbədi sülh istəyirəm
18:20 12.11.2026
Gündəm
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
18:14 12.11.2026
Dünya
Paşinyan və nazirlərin maaşlarının artırılması təxirə salındı
17:59 12.11.2026
Region
ABŞ Avropa ilə yeni təhlükəsizlik arxitekturasını müzakirə edir
17:55 12.11.2026
Gündəm
Tramp: İranla razılaşmaya ehtiyacımız yoxdur
17:35 12.11.2026
Gündəm
AZAL-ın gənc pilotu təlim uçuşlarını başa vurub - FOTO
17:15 12.11.2026
Gündəm
Bir ailənin 9 üzvü plov və pomidor turşusundan zəhərləndi
17:13 12.11.2026
Hadisə
Sona Qazaryan: KTMT artıq özünü tükədib
16:45 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində Maya Sandu ilə görüşüb
16:21 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində mühüm tədbirdə iştirak edir
16:03 12.11.2026
Gündəm
“Azərsun Holdinq” yerli fermerlərdən zeytun qəbulunu davam etdirir
15:37 12.11.2026
Ölkə