Britaniya Türkiyənin gücündən yararlanır
Yusif Nəzərli
12:20 18.01.2023
Aktual
526
Regionlarda ulduzu parlayan hər yeni güc Britaniyanın nəzər-nöqtəsində tərəfdaşdır
Türkiyənin milli müdafiə naziri Hulusi Akar britaniyalı həmkarı Ben Uollesin dəvəti ilə Londonda səfərdə olub. Tərəflərin görüşü zamanı ikitərəfli, regional müdafiə və təhlükəsizlik, müdafiə sənayesi sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub, fikir mübadiləsi aparılıb. Ekspertlərin fikrincə, Uolles-Akar görüşü Rusiya-Ukrayna müharibəsi, Türkiyənin genişlənən xarici siyasət gündəliyi, Ankara-Afina gərginliyi, Yaxın Şərqdəki prioritetlər və Cənubi Qafqazdakı mümkün gizli planların fonunda maraq oyadır.
Siyasi şərhçi Aqşin Kərimov "Şərq"ə deyib ki, Britaniya ABŞ və Avropa İttifaqından fərqli olaraq özünü Türkiyənin qarşısına qoymur. Analitikə görə, Britaniya ekspansiya hüdudlarını qorumaq və onun uclarını uzatmaq siyasətində Türkiyənin gücündən yararlanır:
"Regionlarda ulduzu parlayan hər yeni güc Britaniyanın nəzər-nöqtəsində tərəfdaşdır. Britaniya nüfuz dairələrinin bölüşdürülməsində dominant mövqelərini möhkəmlətmək üçün Türkiyə kimi oyunçunun məharətinə ehtiyac hiss edir. Britaniyanın Türkiyəyə artan simpatiyası ikitərəfli gündəlikdəki strateji tərəfdaşlığı və güclü əməkdaşlığı inkişaf etdirmək zərurəti yaradır.
Ehtimal ki, Akarla Uolles həmin konsepsiyanın müdafiə, kəşfiyyat və təhlükəsizlik ölçülərini müzakirə ediblər. Qarşılıqlı maraq doğuran dairə genişdir. İki ölkənin regionlar üzrə müştərək prioritetlərini kateqoriyalaşdıra bilərik. Britaniya ilə Türkiyənin ikitərəfli münasibətlərin çərçivələri regional əməkdaşlıq platformalarına qədər uzanır. Rusiya-Ukrayna müharibəsi, Türkiyə-Yunanıstan gərginliyi məsələsindəki prioritetlərdə mübahisələr olduğu görünür. Ancaq Böyük Britaniya ilə Türkiyə Cənubi Qafqazdan tutmuş Suriyaya qədər geniş coğrafiyada gizli müttəfiqlik statusunda irəliləməyi qarşıya hədəf qoya bilərlər".
Ekspert vurğulayıb ki, ikitərəfli münasibətlərdəki problemlərin həcmi də azalmaqdadır:
"Britaniyanın müdafiə sənayesi məhsullarının Türkiyəyə satışına dair qoyduğu qadağanı aradan qaldırması prioritetlərdə yeni səhifə açır. Türkiyə 2023-cü il prezident seçkisində ölkəyə yönələ biləcək təhdidləri önləmək üçün Britaniya kəşfiyyatının məlumatlarına söykənməyi məqsədəuyğun sayır. Türkiyə Yunanıstanın şişirdilib Ankaraya qarşı üfürülməməsi üçün Britaniyadan dəstək gözləyir. Ancaq Böyük Britaniya da Türkiyədən qarşılıq gözləyir. Ankara İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə maneə yaratmamalıdır".
A.Kərimova görə, Azərbaycanın Ermənistanı fakt qarşısında qoyması, Rusiyanın oyun qaydalarındakı rolu, Fransanın cığallığı, İranın kükrəməsi, Gürcüstanın təhlükəsizliyi Britaniya-Türkiyə birgə maraqlarını aktuallaşdırır:
"Ola bilsin ki, Akarla Uolles Azərbaycana qarşı təzyiqlər və təhdidlərin miqyasını kiçiltmək üçün də müzakirələr aparıblar. Bu, daha çox İranla əlaqəli görünür: Çünki Tehrana qarşı beynəlxalq oyun qaydaları sərtləşdirilir. İranın region ölkələrinə təhdidi artır;
- İsrail İrana qarşı cəbhəni gücləndirir. Britaniya ilə Türkiyə gələcək strateji layihələrin həmmüəllifi olmağın labüdlü məntiqindən yola çıxaraq Azərbaycana dəstəyin formalarını yeniləyə bilərlər".
Oxşar xəbərlər
Göy məscidin iclas zalına erməni şairinin adı verildi - Dilqəm Əhməddən SƏRT ETİRAZ
18:39 12.11.2026
Artıq təkcə ev-eşik deyil, brend və nüfuz da pulla ölçüləcək - Qiymətləndirmədə yeni dövr
16:42 12.11.2026
Xəbər lenti
Hamısına bax
Məhkəmə general-mayor Natiq Əliyevin qızı ilə bağlı qərar verdi
18:48 12.11.2026
Hadisə
Ağ Evin yaxınlığında silahlı insident: azı 4 nəfər yaralanıb
18:33 12.11.2026
Dünya
Rusiya Prezidenti: Ukraynada əbədi sülh istəyirəm
18:20 12.11.2026
Gündəm
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
18:14 12.11.2026
Dünya
Paşinyan və nazirlərin maaşlarının artırılması təxirə salındı
17:59 12.11.2026
Region
ABŞ Avropa ilə yeni təhlükəsizlik arxitekturasını müzakirə edir
17:55 12.11.2026
Gündəm
Tramp: İranla razılaşmaya ehtiyacımız yoxdur
17:35 12.11.2026
Gündəm
AZAL-ın gənc pilotu təlim uçuşlarını başa vurub - FOTO
17:15 12.11.2026
Gündəm
Bir ailənin 9 üzvü plov və pomidor turşusundan zəhərləndi
17:13 12.11.2026
Hadisə
Sona Qazaryan: KTMT artıq özünü tükədib
16:45 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində Maya Sandu ilə görüşüb
16:21 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində mühüm tədbirdə iştirak edir
16:03 12.11.2026
Gündəm
“Azərsun Holdinq” yerli fermerlərdən zeytun qəbulunu davam etdirir
15:37 12.11.2026
Ölkə