Göyqurşağı, ya riskli rənglər? - "Nazirlik paylaşımı silibsə..."
Yusif Nəzərli
14:09 06.06.2023
Cəmiyyət
715
"Elm və Təhsil Nazirliyi məlum paylaşımı silibsə, demək, artıq fərqli təəssüratlar yaranıb".
Bunu "Sherg.az"a psixoloq və cinsi terapevt Əfsanə Rüstəmova Elm və Təhsil Nazirliyinin 1 iyun Uşaqlar günündə paylaşdığı fotonun tənqid olunmasından danışarkən deyib. Onun sözlərinə görə, indiki dövrün uşaqlari çərpələng uçurmağa maraq göstərmirlər:
"Uşaqların əyləncə anlayışına daxil olmayan bir vasitəni atributa çevirmək və "riskli" olacaq rənglərin seçilməsinin cəmiyyətdə birmənalı qarşılanmayacağı anlaşılandır. Hansısa bir foto təqdim olunanda valideynlərin də yanaşmaları nəzərə alınmalı idi. Çünki uşaqların sosial şəbəkə məhdudiyyəti var, paylaşım daha çox valideynlərin qarşısına çıxır. Hər kəsin də intellekt, təhsil səviyyəsi, dünyagörüşü fərqlidir. Bu nöqteyi-nəzərdən publikaya çıxardığımız paylaşımın müztfəlif aspektlərdən qarşılanacağı təbiidir".
Psixoloq diqqətə çatdırıb ki, uşaqlar yeni olan məlumatı araşdırırlar:
"Bir informasiya araşdırılanda ortaya çıxan fərqli məna ilə qarşılaşan uşaqların hansı hislər keçirəcəyini də nəzərə almaq lazımdır. Sözügedən qrup kifayət qədər həssas yaş kateqoriyasına daxildir. Artıq yeniyetməlik dövründən etibarən uşaqlar müxtəlif e-mail adresləri ilə gizli şəkildə sosial şəbəkəyə çıxış imkanı əldə edir. Həmin yeniyetmələr özünükəşf dönəmində cinsi arzularından yeni-yeni xəbərdar olur. Nəticədə bu cür müzakirə olunan bir mövzunu görüb, internetdə axtarış etmələri onların yeni bir məlumat axını ilə qarşılaşacağı anlamına gəlir. Bu yeni məlumat axını onların bu günə qədər öyrəndikləri, ideologiyaları, yetişdikləri coğrafiya, inandıqları dinə ya da mental dülşüncələrinə ziddir. Artıq məsələni araşdırmaq üçün daha fərqli mənbələrə müraciət edəcəklər. Qarşılaşacaqları məlumat onların psixoloji dayanıqlılıq həcmindən daha çoxdursa, əlbəttə, yeniyetmələr, gənclər və uşaqlar təsir altına düşə bilərlər".
Qeyd edək ki, Elm və Təhsil Nazirliyi Feysbuk sosial şəbəkəsində 1 iyun Uşaqlar günü münasibətilə paylaşım edib. Bəzi insanlar fotoda əks olunan çərpələngin rəngini tənqid ediblər. Rənglərin göyqurşağı yox, LGBT bayrağı təzahür etdirdiyini bildiriblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SON DƏQİQƏ: Ərdoğanın sədrliyi ilə Kabinet toplaşdı
18:53 09.11.2026
Gündəm
Rusiyaya məxsus hərbi stansiya və anbarlar məhv edildi
18:49 09.11.2026
Dünya
NATO Rusiya ilə görüşə onu göndərir
18:42 09.11.2026
Gündəm
Viktor Orbanın qardaşı saxlanıldı
18:02 09.11.2026
Dünya
Xamenei ABŞ-la bağlı bu göstərişi verdi - Pezeşkian
17:57 09.11.2026
Gündəm
Türkiyədə zəlzələ oldu
17:24 09.11.2026
Gündəm
Adanada zəlzələ olub
17:02 09.11.2026
Hadisə
Paşinyan İranla regional kommunikasiyaları müzakirə etdi
16:52 09.11.2026
Region
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Özgür Özəl Prezident İlham Əliyevə zəng edib, təbrikini çatdırıb
15:34 09.11.2026
Gündəm
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm