
Qərbi Azərbaycandakı irsimizin qorumalıyıq!
Yusif Nəzərli
15:19 06.06.2023
Gündəm
688
Parlament üzvü ümid edir ki, UNESCO bu sahədə lazımi yardımı, dəstəyi göstərəcək
Qərbi Azərbaycan İcmasının müraciətinə cavab olaraq, UNESCO indiki Ermənistan ərazisində olan Azərbaycan mədəni irsinin qorunması məsələsinin təşkilatın mandatına daxil olduğunu təsdiqləyib. Bununla da bu sahədə İcma və UNESCO arasında dialoq başlayıb. İcma dialoq tərəfdaşı kimi UNESCO qarşısında bir neçə konkret məsələ qaldırıb. Azərbaycan mədəni irsinin vəziyyətinin qiymətləndirilməsi üçün Ermənistana faktaraşdırıcı missiyanın göndərilməsi məsələsini bir daha gündəmə gətirib. Ermənistan hökumətinin İrəvan şəhərinin Təpəbaşı məhəlləsini dağıtması ilə əlaqədar olaraq bu məsələnin xüsusilə aktual və təcili xarakter aldığını bildirib. Vurğulanıb ki, Ermənistanda salamat qalmış azsaylı Azərbaycan irsi nümunələrindən olan bu məhəllənin dağıdılması ilə tariximizin, mədəniyyətimizin əhəmiyyətli bir hissəsi dönməz şəkildə yer üzündən silinmiş olacaq. Beynəlxalq hüququn norma və prinsiplərinə tam hörmət edən İcma UNESCO-nun proqramlarından faydalanmaqla mədəni irsin qorunmasına daha çox töhfə veriləcəyinə inandığını deyib. Bunları nəzərə alan İcma UNESCO rəhbərliyindən mədəni irsimizlə bağlı üzv dövlətləri məlumatlandırmağı və bu məsələni qurumun müvafiq hesabatlarına daxil etməyi xahiş edib. Qeyd olunub ki, UNESCO strukturlarının Ermənistandakı Azərbaycan mədəni irsinin vəziyyəti ilə bağlı beynəlxalq məlumatlılığı artırması üzv dövlətləri sözügedən irsin qorunması istiqamətində addım atmağa sövq edər. Ən əsası Ermənistanı destruktiv addımlardan çəkindirmək üçün tədbirlərin görülməsinə gətirib çıxarar".

Qərbi Azərbaycan İcması sədrinin müavini, millət vəkili Hikmət Babaoğlu "Şərq"ə deyib ki, İcma tarixi Vətənimizdə qalan mədəni irsimizin qorunması ilə bağlı bir sıra beynəlxalq təşkilatlara müraciət edib. Deputatın sözlərinə görə, sevindirici haldır ki, artıq UNESCO ilə bu sahədə tədbirlərin görülməsi ilə bağlı dialoq başlanılıb: "Azərbaycan xalqının yaratdığı maddi-mədəni irsin coğrafiyası, müstəqil Azərbaycanın etno-siyasi sərhədlərindən çox-çox uzaqlara yayılıb. Çünki tarixi kontekstdə həmin torpaqlar bizə aid olub. Qərbi Azərbaycan torpaqları yüz il öncə ermənilərə verilib. Ona görə də mədəniyyətimizin formalaşdığı coğrafiya kimi Qərbi Azərbaycandakı irsimizin qorunması çox vacibdir. Bu gün müasir Azərbaycan ərazisində milli-mədəniyyətimizin inkişafı hansı tarixi mərhələləri keçibsə, eyni mərhələlər Qərbi Azərbaycanda da baş verib. Azərbaycanın qədim dövr mədəni-maddi irsi, ilkin orta əsrlər, islam dövrü və s. mərhələlər eyni ardıcıllıqla Qərbi Azərbaycanda da mövcud olub. O baxımdan hesab edirəm ki, bu addım Qərbi Azərbaycan İcmasının öz hüquqlarını, maddi-mədəni haqlarını qoruması ilə bağlı əldə etdiyi ilk nailiyyətlərdən biridir".
Parlament üzvü ümid edir ki, UNESCO bu sahədə lazımi yardımı, dəstəyi göstərəcək: "Bu, BMT-nin ixtisaslaşmış qurumu kimi həm də onun vəzifəsidir. İrəvan şəhərinin özünə, Təpəbaşı məhəlləsinə gəldikdə isə orada yerləşən Göy məcsid və qala divarlarının qalıqları erməni barbarlığından xilas olunaraq bugünədək gəlib çatmış çox azsaylı maddi irs nümunələrimizdəndir. Ona görə də yüz il ərzində ermənilərin fəaliyyətlərinin istiqaməti, məqsədi bütün Qərbi Azərbaycanda mədəniyyətimizin izini, irsimizi silmək olub. Ancaq buna nail ola bilməyiblər. Təpəbaşı məhəlləsi İrəvanın azərbaycanlılara mənsub olmasının canlı şahidlərindən biri olmaqla yanaşı, həm də vizual sübutdur. Bu istiqamətdə İcmanın çaldığı həyəcan təbilini UNESCO adekvat qarşılayacaq və müvafiq qərarlar qəbul edəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SON DƏQİQƏ: Ərdoğanın sədrliyi ilə Kabinet toplaşdı
18:53 09.11.2026
Gündəm
Rusiyaya məxsus hərbi stansiya və anbarlar məhv edildi
18:49 09.11.2026
Dünya
NATO Rusiya ilə görüşə onu göndərir
18:42 09.11.2026
Gündəm
Viktor Orbanın qardaşı saxlanıldı
18:02 09.11.2026
Dünya
Xamenei ABŞ-la bağlı bu göstərişi verdi - Pezeşkian
17:57 09.11.2026
Gündəm
Türkiyədə zəlzələ oldu
17:24 09.11.2026
Gündəm
Adanada zəlzələ olub
17:02 09.11.2026
Hadisə
Paşinyan İranla regional kommunikasiyaları müzakirə etdi
16:52 09.11.2026
Region
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Özgür Özəl Prezident İlham Əliyevə zəng edib, təbrikini çatdırıb
15:34 09.11.2026
Gündəm
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm