
İran Əfqanıstana "böyük qardaşlıq" etmək istəyir - RƏY
12:58 04.08.2023
Siyasət
651
Əfqanıstanda “İmam Xomeyni İmdad Komitəsi” adı ilə fəaliyyət göstərən beynəlxalq humanitar təşkilatın bütün ofisləri qapadılıb. Bu barədə Əfqanıstan mətbuatı xəbər verib.
Qeyd olunur ki, ötən gün “Taliban” nümayəndələri təşkilatın Kabil, Herat və Məzari-Şərifdə olan ofislərini möhürləyiblər.
Hələlik “Taliban” rəhbərliyi humanitar təşkilatın fəaliyyətinə qoyulan qadağanın səbəbləri barədə məlumat verməyib.
Məsələyə münasibət bildirən politoloq Sədrəddin Soltan "Sherg.az"a vurğulayıb ki, İran Əfqanıstana böyük qardaşlıq etmək istəyirdi:
"O hesab edirdi ki, Əfqanıstan da İran kimi fars dilli ölkədir və birlikdə regionda aparıcı qüvvə ola bilərlər. Bu səbəblə də rejim Əfqanıstana daha çox diqqət ayırırdı. Hətta gələn qaçqınları ölkədə qəbul edirdi. İmam Xomeyni adına beynəlxalq xeyriyyə cəmiyyəti də bir növ Tehrana bağlı qüvvələrin şəbəkləşməsinə xidmət edir. Yəni bu xətt vasitəsilə sosial cəhətdən yoxsul vəziyyətdə olan insanlara müxtəlif formalarda maliyyə yardımları edilir və onlar İrana dəvət olunur. Digər tərəfdən vaxtilə Azərbaycanda da bu cəmiyyət fəaliyyət göstərirdi. Sonra isə həmin cəmiyyətin fəaliyyəti bizdə qadağan edildi. Çünki sözügedən təşkilat adına və mandatına uyğun olmayan başqa işlərlə də məşğul olurdu. Ehtimal etmək olar ki, Əfqanıstanda da "Taliban" Xomeyni cəmiyyətinin mandatına uyğun olmayan işlər gördüyünü aşkarlayıb. Bu İranyönümlü "beşinci kolon"un yaradılması məsələsidir. Başqa sözlə desək, cəmiyyətin İran kəşfiyyatının tərkib hissəsi olması ehtimalı var.

Analitik əlavə edib ki, "Taliban" hökuməti Xomeyni cəmiyyətinin ölkənin daxili işlərinə müdaxiləsini sezdiyi üçün, onun fəaliyyətini ölkədə qadağan edib:
"Belə hadisələr iki ölkə arasındakı münasibətlərin gərginləşməsinə səbəb olmur. Fikrimcə, "Taliban" hökuməti ilə İran arasındakı münasibətlərin gərginləşməsi cəmiyyətin bağlanmasından asılı deyil. Çünki bu olmasa belə, onlar arasındakı vəziyyət gərgindir. İlk növbədə deyə bilərik ki, İran "Taliban" hökumətini tanımır. Ona görə Taliban cəmiyyəti bağlayaraq Tehran həkimiyyətinə təzyiq edir. Digər tərəfdən iki hakimiyyət arasında su problemi var və indiyədək həll edilməyib. Həmçinin İran hakimiyyəti Əfqanıstanda məzhəblərarası məsələni qızışdıra bilər. Ümumiyyətlə, "Taliban" və rejim arasında münasibətlərin tezliklə normallaşacağını düşünmürəm. Çünki hər ikisi islam əsasında ölkəni idarə etdiyini iddia edir və tərəflər arasında idealoji ziddiyyət mövcuddur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya