
Böyük Qayıdış: Ermənistan yolun sonuna gəldi! - Millət vəkili
14:48 04.08.2023
Siyasət
1253
“Qərbi Azərbaycan İcması ilk gündən Qərbi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, beynəlxalq təşkilatların, beynəlxalq tədbirlərin tribunasından səsləndirilməsi üçün mümkün bütün vasitələrdən istifadə edir”.
Bunu “Sherg.az”a açıqlamasında Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli deyib.
Deputat söyləyib ki, məsələ, 30 il ərzində Azərbaycan həqiqətlərinə kar, kor və lal olan, işğalçı Ermənistanı, terrorçu erməni separatçılarını birtərəfli qaydada dəstəkləyən, onlara açıq və gizli şəkildə maddi-mənəvi köməklik göstərən Qərbin birdən-birə mövqeyini dəyişib haqq-ədalətin yanında duracağı deyil:
“Biz bunu onlardan heç gözləmirik də. Lakin bu o da demək deyil ki, öz həqiqətlərimiz barədə susmalıyıq. Son 200 ildə xalqımızın məruz qaldığı faciələrin hər dəfə təkrar olunmasının bir səbəbi də ondan ibarətdir ki, ermənilər öz havadarlarının əli ilə bu faciələri hər dəfə bizə unutdurublar. Artıq buna yol vermək olmaz. Ermənilər də, onların havadarları da bilməlidir ki, Azərbaycan xalqı ona qarşı törədilmiş cinayətləri heç vaxt unutmayacaq və bunu heç kəsə bağışlamayacaq. Bizim beynəlxalq təşkilatlara, o cümlədən BMT-nin Baş katibi Antonio Quterreşə ünvanladığımız son məktub da bunun sübutudur. Biz sadəcə xəbərdarlığımızı edir, haqlı tələblərimizi səsləndiririk. Həmçinin tələblərdən Ermənistanın yayınması, qaçqınlarımızın qayıdış hüququnu inkar etməsi və Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin reinteqrasiyasına mane olan təxribatlar törətməsi barədə məlumat veririk. Ancaq o demək deyil ki, bununla kifayətlənirik, xeyr, biz hər gün Böyük Qayıdışa da hazırlaşırıq və insanlarımızı bu Qayıdışa hazırlayırıq. Yəni əvvəl dinc yolla, bu olmayacağı təqdirdə isə istənilən yolla, istənilən formada Qayıdış hüququnu özümüzdə saxlayırıq.

Parlamentarinin sözlərinə görə, ermənilər yalan olan hər şeyi dünyaya həqiqət kimi sırımağa çalışırlar:
“Ermənilər bu gün bir məsələni qəti olaraq dərk etməlidirlər: hər addımlarında bölgəyə qan-qada gətirdikləri yolun sonundadırlar. Onlar ya bu yolu gəldikləri kimi də geri dönməlidirlər, ya da qarşılarındakı uçuruma atlanmalıdırlar. Seçim özlərinindir. Digər tərəfdən onlsr çox gözəl bilirlər ki, hazırda yaşadıqları ərazilər son qarışına qədər tarixi Azərbaycan torpaqlarıdır və ora qayıdacaq insanlar həmin yerlərin əsl shibləridirlər. Ermənilərin özləri isə son nəfərinə qədər müxtəlif ölkələrdən gəlmədirlər. İndi sual ortaya çıxır: ev sahibi öz evinə geri qayıdırsa, evə sahiblənmiş yaramaz qonaq neynəməlidir? Əlbəttə, evi tərk etməlidir. Baxın, Ermənistan tərəfi Qərbi azərbaycanlıların qayıdış hüququnu buna görə inkar edir. Elə 30 il işğal altında qalan torpaqlarımızı azad etməkdən də bu cür imtina etmişdilər, axırda da dəmir yumruq altında qaldılar”.
Qeyd edək ki, bir neçə gün bundan öncə Qərbi Azərbaycan İcması BMT-nin Baş katibi Antonio Quterreşə məktub göndərib. Məktubda Ermənistandan qovulmuş azərbaycanlıların geri qayıtmasını təmin etmək barədə İcmanın dialoq təklifindən rəsmi İrəvanın yayınması, qayıdış hüququnu inkar etməsi və Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin reinteqrasiyasına mane olan təxribatlar törətməsi barədə məlumat verilib.
Həmçinin icma Ermənistan tərəfinin öz öhdəliyini yerinə yetirməsi üçün bu ölkəyə təsir etməyə və qayıdış prosesinə kömək üçün Ermənistana BMT-nin xüsusi missiyasını göndərməyə çağırıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya