
Kreml sülhə qarşı dirəniş göstərir - ŞƏRH
04:48 05.08.2023
Siyasət
461
Rusiyanı narahat edən odur ki, sülh müqaviləsi Rusiyanın paytaxtında deyil, Vaşinqton, yaxud Brüsseldə imzalanacaq
Rəsmi Moskva hesab edir ki, Azərbaycan və Ermənistan sülh sazişinin imzalanmasına tələsməməlidir. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar deyib. O bildirib ki, tələsik hazırlanmış sülh sazişi regiona davamlı sülh gətirməyəcək: “Tələsik hazırlanmış, çiy sülh müqaviləsi regiona davamlı sülh gətirməyəcək. Əksinə, bu, gələcəkdə yeni münaqişələr və faciələr üçün zəmin yaradacaq. Prioritet sürət deyil, sülh müqaviləsinin balanslaşdırılmış, qarşılıqlı şəkildə qəbul olunan keyfiyyətli varinatının hazırlanması olmalıdır”. Qonçarın fikrincə, sülhün şərtlərini Bakı və İrəvan özü müəyyən etməlidir. Departament direktorunun sözlərinə görə, mövcud reallıqlar nəzərə alınmalıdır: "Məsuliyyətli vasitəçilərin vəzifəsi konyuktur mülahizələr naminə danışıqlar prosesini sürətləndirmək deyil, möhkəm, uzunmüddətli razılaşmaların əldə olunmasına töhfə verməkdir. Onlar regionda mövcud reallıqlara, ilk növbədə Rusiya-Ermənistan-Azərbaycan arasında ən yüksək səviyyədə əldə olunan bəyanatlara və onların əsasında fəaliyyət göstərən mexanizmlərə istinad etməlidirlər”. Rusiyalı diplomat bildirib ki, Moskva müqavilənin imzalanma vaxtının da tərəflərin özlərinin müəyyən etməsinin tərəfdarıdır.
Politoloq Natiq Miri "Sherg.az"a açıqlamasında bildirib ki, Rusiya özü vasitəçi dövlətdir. Analitikin sozlərinə görə, Moskva özünü 10 noyabr üçtərəfli bəyannaməsinin müəllifi sayır: "İlk növbədə Rusiya özü tərəflər arasında sülh prosesinə töhfə verməlidir. Üçtərəfli bəyannamənin 4-cü müddəası (erməni silahlı birləşmələrinin Qarabağdan çıxarılması - red) hələ də Rusiya tərəfindən icra olunmayıb. Bu müddəa nəinki Kreml tərəfindən yerinə yetirilib, tam əksinə, prosesi baltalayacaq və regiona hər an təhlükə yarada biləcək onminlərlə silahlı terrorçuya hərtərəfli dəstək verilib. Budurmu sülhə töhfə vermək?! Bəyanatın demək olar ki, heç bir müddəasına əməl olunmayıb. Sadəcə bir bəndi əsas götürən Rusiya gecə ikən, ildırım sürəti ilə öz qoşunlarını Qarabağa yerləşdirdi. Rusiya hansı üçtərəfli razılaşmadan, ona istinad edilməsindən danışır? Bu sənəd işlək deyil. "Rusiya Azərbaycan-Ermənistan arasında sülhə töhfə verir" iddiasının nə qədər uydurma, riyakar olduğunun bir daha şahidi oluruq. Ötən 3 il müddət ərzində Rusiya sülhməramlı kontingenti ancaq erməni silahlılarını, separatçıları bəsləməklə məşğul olub. Əgər hansısa qanunsuz silahlı qruplara dəstək verilirsə, deməli, məqsəd onlardan qarşı tərəfin əleyhinə istifadə etməkdir. Qarşı tərəf də Azərbaycandır. Müharibədən bu yana 3 il zaman keçib. Məgər bu müddət Rusiya üçün yetərli deyilmi ki, hələ də tərəflərə "tələsməyin, sülhün vaxtı deyil" söyləyir".

N.Miri vurğulayıb ki, ortada 30 illik münaqişə və onun doğurduğu nəticə - 44 günlük Vətən savaşı reallığı var: "Müharibənin birmənalı qalibi Azərbaycandır. Dünyada elə bir praktika yoxdur ki, qalib ölkələrlə hansısa şərtlərlə danışılsın. Axı necə olur ki, ortada konkret qalib və məğlub var ikən, sülh sazişi "hər iki tərəfin maraqlarının təmin olunması" şərti ilə gündəmə gətirilir. İkinci Dünya müharibəsinin sonunda Almaniyaya haqq sözü, tələb irəli sürmək imkanı tanındımı? Yox, hətta məğlub olduğu üçün ərazisini də iki yerə parçaladılar. Hələ də Almaniyadan təzminat tələb edən dövlətlər var. Ancaq özünü "vasitəçi" kimi prosesə sırıyanlar Ermənistanın maraqlarının təmin olunmasından danışırlar. Ağır məğlubiyyətə uğramış Ermənistanı möhtəşəm qələbə qazanan qalib Azərbaycanla eyniləşdirmək olmaz. Ölkəmizin qalib olması faktı Rusiya tərəfindən gözardı edilir. Kremli narahat edən odur ki, sülh müqaviləsi Rusiyanın paytaxtında deyil, Vaşinqton, yaxud Brüsseldə imzalanacaq. Çünki proseslər ona doğru gedir. Rusiya tərəflər arasında indiyədək heç bir yaxınlığa nail olmayıb. Sadəcə, süni şəkildə prosesi uzatmaqla, imitasiya ilə məşğul olub. Təbii ki, belə addımlarla sülh danışıqlarında irəliyə doğru yol qət etmək qeyri-mümkündür. Qərbi ittiham etmək asandır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya