Fransız siyasətçilər də Fransanın Azərbaycana qarşı mövqeyini tənqid etdilər
07:56 07.08.2023
Gündəm
339
Fransada 60-dan çox senator, deputat və ərazi orqanlarının nümayəndələrinin Fransa hökumətinə müraciət edərək Qarabağdakı qondarma rejimə dəstək verilməsini tələb etmələri bir çox fransız siyasilər tərəfindən də qətiyyətlə pislənib.
Parisdə fəaliyyət göstərən Strateji Təhlil və Geosiyasi Tədqiqatlar Mərkəzinin sədri Naim Asas Bizim.Media-ya açıqlamasında bildirib ki, Azərbaycanda neqativ qəbul edilən bu kimi xəbərlərə sərt reaksiya vermək düzgün deyil.
Çünki Ermənistanı yalnız senatorların 17 faizi dəstəkləyir ki, bu da bütün Fransanın mövqeyi demək deyil.
“Xüsusən də dövlət aparatında və mətbuatında xeyli sayda erməni diasporunun nümayəndələrinin olması səbəbindən bu, bəzi senatorların (onlardan 60-ı) bu cür hərəkətə keçməsində rol oynayıb.
Senatorlar və ya nümayəndələr kimi ictimai xadimlər tərəfindən irəli sürülən ittihamlar və müraciətlər onların fərdi baxışlarına və siyasi mövqelərinə görə dəyişə bilər. Nəzərə almaq lazımdır ki, bu bəyanatlar onların konkret hadisələrə və münaqişələrə münasibətini əks etdirə bilər.
Qarabağ məsələsi Ermənistan və Azərbaycan arasında uzun tarixə malik olan mürəkkəb və həssas mövzudur. Fərqli ölkələr və beynəlxalq qurumlar diplomatik, tarixi əlaqələri və ya geosiyasi maraqları əsasında bu məsələdə fərqli mövqelərə malik ola bilirlər.
Düşünürəm ki, Qarabağ ətrafındakı vəziyyət davam edən geosiyasi maraqlar və beynəlxalq münasibətlər məsələsi olaraq qalır və ona incəlikləri ilə yanaşmaq vacibdir”, - deyə N.Asas bildirib.
“Sakit Okean Müstəqillik Hərəkatı”nın (MOI) yaradıcısı Arno Şolle-Leakava qeyd edib ki, o da Makron hakimiyyətinə qarşı mübarizə aparan hərəkat lideridir.
Onun sözlərinə görə, Fransanın öz vətəndaşlarına biganə münasibəti elə xarici ölkələrə də münasibətindən xəbər verir.
“Fransanın davranışı olduqca sadədir. O, bütün dünyada müstəmləkəçilik siyasətini davam etdirir. Özünü, həmişə olduğu kimi, bütün dünyaya dərs verən şəxs kimi aparır. Əzab çəkən fransız xalqının qayğısına isə heç vaxt qalmır”, - deyə Leakava qeyd edib.
Fransalı tarixçi Maksim Qoən də hesab edir ki, senatorların çağırışları əhəmiyyətsizdir və ciddi qəbul edilməməlidir:
“Birincisi, Fransada 348 senator var. Altmış nəfər isə çox kiçik bir azlıqdır. Onlar müxalifət partiyalarına aiddir və Azərbaycan rəhbərliyinə heç bir sanksiya tətbiq etmədiyi üçün cənab Makrona açıq-aşkar hücum edirlər.
14 iyul və 15 avqust tarixləri arasında (yəni fransızların çoxunun tətildə olduğu vaxt) bir məqalənin dərc edilməsini nəzərə alsaq, onların hamısının imzaladıqları kağıza əhəmiyyət verilməsi təəccüblüdür. Görünür, onlar imzaladıqları bəyanatın çox yayılmaması üçün məhz bu günü seçiblər”.
Erməni lobbisinin Fransada güclü olmasına diqqət çəkən fransız tarixçi bildirib ki, Azərbaycan da Fransada fəal olmalı və bir çox yeni media qurumları ilə əməkdaşlıq etməlidir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya