Türkiyə başladı: Azərbaycanda da pandemiya cərimələri geri qaytarıla və silinə bilər
10:06 07.08.2023
Aktual
477
Pandemiya zamanı karantin qaydalarının pozulmasına (tibbi maskarkardan istifadə etməmək, evdən çıxmaq qadağasına əməl etməmək) görə tətbiq edilən cərimələr geri qaytarılacaq. Vətəndaşlar pullarını geri almaq istəyirsə, 2024-c ilin sonunadək müraciət etməlidirlər. Sevinə bilərik. Çünki bu hal qardaş Türkiyədə baş verir. Qardaşdan qalma geri, atalar məsəli, hələ də aktualdırsa, ümid edək ki, Azərbaycan hökuməti də oxşar addım atar. Türkiyədə proses necə icra olunacaq?
“Sherg.az” “NTV.com.tr”yə istinadən bildirir ki, Türkiyədə Covid-19 pandemiyası dövründə karantin rejimi qaydalarının pozulmasına görə tətbiq edilmiş cərimələrin vətəndaşlara geri qaytarılmasına başlanılıb. Vətəndaşlar qərar elan edildiyi gündən 2024-cü ilin sonunadək müraciət edə bilər. Bu məlumat Türkiyənin “Resmi Gazete”sində yayımlanıb. Məlumatda bildirilir ki, müraciətlərə əsasən geri ödəmələr 2024-cü ilin 31 dekabrınadək icra ediləcək. Bununla bağlı Gəlir İdarəsi başkanlığı prosesin icrasına başlayıb. Müraciətlər sözügedən idarənin niternet ünvanı üzərindən, yaxud vergi idarəsi və ya poçt yoluyla qəbul olunur. Eyni hal bizdə də yaşana bilərmi?
İqtisadçı Fuad İbrahimov “Sherg.az”a açıqlamasında qeyd etdi ki, böyük ehtimalla burada söhbət cərimələri ödəmək qabiliyyətində olmayan şəxslətdən gedir:
- Ödənmiş cərimələrin geri qaytarılması, düşünmürəm ki, mümkün olsun. Amma cərimələri ödəmək qabiliyyətində olmayan, cərimənin ödənməməsi nəticəsində üzərinə əlavə edilən faizlər silinə bilər. Ödənilməmiş cərimələri geri qaytarmaq olar. Hesab edirəm ki, bu hallarda cəriməni vətəndaşa bağışlamaq mümkündür. Bilirsiz ki, pandemiya dövründə tətbiq eidlən cərimələr yalnız vətəndaşların nizasm-intizama riayət etməsi üçün idi. Kimsə, başqa, yersiz sözlər danışa bilər. Amma cərimələrin dövlət büdcəsində xüsusi çəkisi yoxdur. Həmçinin, cərimələr vətəndaşa geri qaytarılsa da, bu, dövlət büdcəsinin böyük mənada ziyanına olmaycaq, çünki dediyim kimi büdcədə cərimələrin çəkisi çox kiçikdir. Bundan büdcəyə ziyan dəyməz, amma vətəndaş məmnunluğu artar. Pandemiya ağrılı dövr idi. Düşünmürəm ki, kimsə bilərəkdən, qəsdən qaydaları pozmuş olsun. İnsanların o dövrdəki həssaslığı, iş yerlərinin bağlanması, gəlirlərin azalması tendesiyası da nəzərə alınmalıdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya